Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2278/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şöbə müdiri Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində xadimə X1 ehtiyatsızlığından sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. X9 Xidmətinin Abşeron Xızı regional şöbəsindən tərəfindən Şəxs barəsində tərtib olunmuş 31 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin nümayəndəsi nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şöbə müdiri Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində xadimə X1 ehtiyatsızlığından sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Təlimatdan da görünür ki, bu işlər üzrə cavabdeh şöbə müdiridir və məsuliyyət daşıyır. Odur ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, 32 ildir Uşaq Xəstəxanasının şöbə müdiri vəzifəsində işləyir. İşçiləri işə götürən şəxs baş həkimdir. İşçilər işə qəbul edilən zaman bütün təlimatlar aparılır, bununla bağlı imza çəkdirilir. Baş vermiş bədbəxt hadisə işçinin özünün məsuliyyətsizliyi üzündən baş vermişdir. Ona tapşırılmayan işi görmüş və ehtiyatsızlıqdan xəsarət almışdır. O, xəsarət aldıqdan sonra ona bütün tibbi yardım göstərilmişdir. Hazırda həmin şəxs işə bərpa olunub və işləyir. Burada o, hər hansı qaydanı pozmamışdır. İş materiallarında olan 01/2022 saylı istehsalatda bədbəxt hadisə haqqında aktdan görünür ki, “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin uşaq xəstəxanasının xadiməsi X2 xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində işə gəlmiş, təsərrüfat bacısı X6 tərəfindən təlimatlandırıldıqdan sonra digər xadimə X5 ilə birlikdə əmək funksiyasına uyğun olaraq Yoluxucu xəstəliklər şöbəsinin birinci mərtəbəsinin daxilində təmizlik işlərinə başlamışdır. Təsərrüfat bacısı N.Əliyeva isə 2-ci mərtəbədə jalüzlərin dəyişilməsi üçün işçilərə nəzarət etmək üçün getmişdir. Xadimələr şöbənin daxilində təmizlik işlərini bitirdikdən sonra T.Haxverdiyeva pəncərənin çöl hissəsinin ləkəli olduğunu görmüş və iş yoldaşı R.Sərxarovaya pəncərənin çöl hissəsində təmizlənməsinin lazım olduğunu bildirmişdir. Onlar birlikdə təmizləyici vasitələrini götürərək çöl hissəyə çıxaraq təmizlik işlərinə başlamışlar. Təxminən saat 12:00 radələrində işlərini yekunlaşdırdıqdan sonra şöbəyə gedən zaman T.Haxverdiyeva rentgen otağının pəncərəsinin də ləkəli olduğunu görmüş və iş yoldaşı R.Sərxanovaya pəncərini çöl tərəfdən sildikdən sonra gələcəyini bildirmişdir. T.Haxverdiyeva şüşəsiləndən istifadə etmədən rentgen otağına çıxan pilləkənə qalxmış və ayağını pəncərənin çıxıntısına qoyaraq əli ilə şüşəni silmək istəyən zaman həmin ayağı çıxıntının üzərində sürüşmüş və o müvazinətini itirərək təxminən 0,6 metr hündürlükdən yer səthinə yıxılmışdır. O, yıxılan zaman qışqırdığı üçün yaxınlıqda olan xadimə R.Sərxanova onun səsini eşidərək hadisə yerinə gəlmişdir. T.Haxverdiyeva ona tərpənə bilmədiyini bildirmiş, R.Sərxanova 2-ci mərtəbədə işçilərə nəzarət edən təsərüfat bacısı X3 hadisə barədə məlumat vermişdir. Təsərrüfat bacısı N.Əliyeva hadisə yerinə gəldikdən sonra X13 zəng etmişdir. Çağırışa gəlmiş X14 briqadası T.Haxverdiyevanı Sumqayıt şəhər X13 aparmışlar. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin uşaq xəstəxanasının baş həkimi tərəfindən təsdiq edilmiş şöbə (bölmə) müdirinin nümunəvi vəzifə Təlimatının 15-ci bəndindən görünür ki, şöbənin (bölmənin) işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət edilməsinin təmin edilməsi şöbə müdirinin vəzifə öhdəliyinə daxildir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiiyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2278/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2278/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver