Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-228/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 21.12.1986-cı ildə anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xətaya dair iş materiallarında olan 25.12.2021-ci il tarixli AP 019896 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə zidd olaraq heç bir tədbir görməyib idarə etdiyi “KİA” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 3(060)-1346/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və AZərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Sumqayıt şəhər Pİ X6 idarəsində məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 18.01.2022-ci il tarixli, 6(060)-2/2022 saylı qərarından görünür ki, onun şikayət ərizasi əsasında Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 “cinayət işinin rədd edilməsi haqqında” 13.12.2021-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 18.01.2022-ci il tarixli, 6(060)-2/2022 saylı qərarından görünür ki Şəxs şikayət ərizasi əsasında Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 “cinayət işinin rədd edilməsi haqqında” 13.12.2021-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilmsinə əsas olmuş “cinayət işinin rədd edilməsi haqqında” 13.12.2021-ci il tarixli qərar məhkəmə tərəfindən ləğ edildiyindən, inzibati iş üzrə toplanmış material baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-228/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-228/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver