Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2280/2023 04.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə icraat başlamış Sumqayıt şəhər prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs1 MMC-nin qanuni təmsilçisi (direktoru) Şəxs2 iştirakları ilə, Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun 20 iyun 2023-cü il tarixli qərarı ilə Şəxs1 MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun 20 iyun 2023-cü il tarixli qərarı ilə Şəxs1 MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Prokurorun qəbul etdiyi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şahid "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı Sumqayıt ŞPİ-nin 5-ci PB-dən məlumat daxil olmuşdur. Aparılmış araşdırma zamanı Şahid izahatında bildirmişdir ki, 2 mart 2023-cü il tarixdə "xxxx" MMC-də əmək müqaviləsi bağlamadan qapı cilalayacısı olaraq işə qəbul olmuşdur. Onu MMC-nin direktoru Rahim Maqsudovun köməkçisi Nərmin adlı qadın işə qəbul etmişdir. MMC tərəfindən ona əmək haqqının 350 manat olacağı bildirilmiş, ilkin olaraq 100 manat məbləğində ödəniş edilmiş, daha sonra isə heç bir ödəniş edilməmişdir. Sonuncu dəfə 06 aprel 2023-cü il tarixdə zəif işlədiyi bəhanə gətirilərək onu işdən azad etmişlər və ödənilməli olan əmək haqqını ödəməmişlər. O Nərminə zəng etsə də, ona 304 manat 34 qəpik borcunun olduğunu, yaxın günlərdə ödəniş edəcəyini bildirmiş, lakin daha sonra onunla əlaqə saxlaya bilməmiş, belə ki, onun nömrəsini bloklamışdır. Bunu təsdiq edən müvafiq SMS-lərin surətini təqdim etmişdir. Qeyd etmişdir ki, MMC-də ondan başqa digər işçilərlə əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin hər hansı bir dövlət orqanının nümayəndələri MMC-nin fəaliyyətinə nəzarət etmək məqsədilə gəldikdə, MMC rəhbərliyi işçiləri dərhal oradan uzaqlaşdırmışdır. "xxxx" MMC-də işləyərkən saat 09:00-da işə başlamış, saat 18:00-da işdən çıxmışdır. MMC-də işləyərkən giriş-çıxış qeydiyyat jurnallarına işə gələrkən və işdən çıxarkən imza etmişdir. 05 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94-cü maddəsinə əsaslanaraq, müvafiq sənədlərin götürülməsi məqsədilə "xxxx" MMC-nin Sumqayıt şəhərində yerləşən baş ofisində olarkən, "xxxx" MMC-nin direktoru Rahim Maqsudov Şahid "xxxx" MMC-nin işçisi olmadığını, Şəxs1 MMC-nin işçisi olduğunu və bununla bağlı heç bir məsuliyyət daşımadığını bildirmişdir. Şəxs1 MMC-nin direktoru Şəxs2 Şahid Şəxs1 MMC-də 1 ay müddətində fəaliyyət göstərdiyini, onunla əmək müqaviləsi bağlanmadığını, məsuliyyətdən azad olunarsa hazırda Şahid ödənilməmiş 270 manat məbləğində əmək haqqını ödəməyə hazır olduğunu bildirmişdir. Şəxs2 Şəxs1 MMC ilə hər hansı bir işçi arasında əmək müqaviləsi bağlandığı, həmçinin işçilərin işə gəlmə və işdən çıxma barədə qeydiyyat jurnallarının mövcud olması, müsbət halda təqdim edilməsi bildirilmiş, lakin Şəxs2 heç bir rəsmi sənəd təqdim edə bilməmişdir. Bu barədə müvafiq akt tərtib edilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X3 filialına xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavab almaq məqsədilə xx.xx.2023-cü il tarixdə +********** saylı telefon nömrəsi ilə əlaqə saxlanılmış və filialdan bildirilmişdir ki, Şahidmn Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində "xxxx" MMC ilə, eləcə də, digər hər hansı işə götürən arasında əmək müqaviləsinin olması aşkarlanmamışdır. Odur ki, Şahid Şəxs1' MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün Şəxs1 MMC (VÖEN: **********: hüquqi ünvanı AZİ 114, ünvan 1) Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun köməkçisi S.C.Qasımova inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarının məzmununa uyğun çıxış edərək Şəxs1 MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun böyük köməkçisi X7 bildirmişdir ki, onlar müvafiq sənədlərin götürülməsi məqsədilə "xxxx" MMC-nin Sumqayıt şəhərində yerləşən baş ofisində olarkən, "xxxx" MMC-nin direktoru Rahim Maqsudov Şahid "xxxx" MMC-nin işçisi olmadığını, Şəxs1 MMC-nin işçisi olduğunu və bununla bağlı heç bir məsuliyyət daşımadığını bildirmişdir. Şəxs1 MMC-nin direktoru Şəxs2 Şahid Şəxs1 MMC-də 1 ay müddətində fəaliyyət göstərdiyini, onunla əmək müqaviləsi bağlanmadığını, məsuliyyətdən azad olunarsa hazırda Şahid ödənilməmiş 270 manat məbləğində əmək haqqını ödəməyə hazır olduğunu bildirmişdir. Tərəflər rəsmi izahat vermədikləri üçün bu barədə müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs1 MMC-nin qanuni təmsilçisi (direktoru) Şəxs2 öz izahatında bildirmişdir ki, Şahid "xxxx" MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmiş, əmək haqqını da oradan almışdır. Lakin, onun Şəxs1 MMC-yə aidiyyəti olmamışdır. Qeyd edilən halları "xxxx" MMC-nin nümayəndəsi də təsdiqləmişdir. Göründüyü kimi Şəxs1 MMC ilə bağlı inzibati xəta hadisəsi mövcud deyil. Həmçinin bildirmişdir ki, hətta inzibati xəta hadisəsi olsa idi belə məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs1 MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə Şəxs1 MMC-nin qanuni təmsilçisi Şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin sahibi Rahim Maqsudovdur. Şəxs1 MMC-nin təsisçisi isə Rahim Maqsudovun oğludur. Şəxs1 MMC "xxxx" MMC ilə faktiki olaraq eyni inzibati binada fəaliyyət göstərir, "xxxx" MMC-nin mühasibi olmadığı üçün həmin işləri o yerinə yetirir, yəni orada həm də köməkçidir. Bu səbəbdən də "xxxx" MMC-yə işçi kimi qəbul edilmiş Şahid ilə o maraqlanmış və onunla əmək haqqı barədə Whatsapp-da danışıqları da olmuşdur. Hazırda prokurorluq əməkdaşlarının iş materiallarına əlavə etdiyi Whatsapp yazışmalarından çıxarış da onlara aiddir. Qeyd etdiyi kimi Şahid işlə bağlı məsələlərini ona həvalə etsələr də sonuncunu Şəxs1 MMC-yə işə qəbul etməmişdir. Prokurorluq əməkdaşları "xxxx" MMC-yə gəldikdə həqiqətən də bildirmişdir ki, Şahid onların işçisi olmuş, lakin bu zaman o "xxxx" MMC-ni nəzərdə tutmuş, konkret olaraq deməmişdir ki, Şəxs1 MMC-nin işçisi olmuşdur. Həmçinin bildirmişdir ki, barəsində əmək müfəttişliyində qəbul edilmiş qərarı təxmini bir ay öncə götürərək "xxxx" MMC-yə təqdim etmiş, həmin qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və şirkətin hüquqşünasından aldığı məlumat görə şikayətləri geri qaytarılmışdır. Lakin, həmin qərarı götürə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin hüquq şöbəsinin müdiri X5 öz izahatında bildirmişdir ki, Şahid Şəxs1 MMC ilə əlaqəsi olmamışdır. Həmin şəxs "xxxx" MMC ilə xidmət müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Belə ki, xidməti müqaviləsi əsasənda qapı cilalayıcı işlərini yerinə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz izahatında bildirmişdir ki, o "xxxx" MMC-də işə qəbul edilmişdir. Lakin, bir ay işlədikdən sonra işdən azad edilmişdir. Əmək haqqı isə natamam ödənilmişdir. Orada onu işə şirkətin rəhbəri götürmüş, Nərmini isə köməkçi kimi tanımış, bu səbəbdən də Nərminlə əlaqə saxlamışdır. İşə qəbul edilərkən onunla müqavilə bağlanmamış, yerinə yetirdiyi iş isə qapı cilalamaq olmuşdur. Onu işə götürən şirkətin direktorunun kim olmasını isə dəqiq bilmir. Belə ki, o həmişə Nərminlə əlaqə saxlamışdır. Əmək haqqı barədə də onunla danışıqları olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs1 MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həm qanuni qüvvədə olmaqla hazırki iş üzrə preyudisial hüquqi əhəmiyyətə malik inzibati tənbeh vermə haqqında qərarla, həm də iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şahid Sumqayıt şəhər prokurorluğunda verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, 2 mart 2023-cü il tarixdə "xxxx" MMC-də əmək müqaviləsi bağlamadan qapı cilalayacısı olaraq işə qəbul olmuşdur. Onu MMC-nin direktoru Rahim Maqsudovun köməkçisi Nərmin adlı qadın işə qəbul etmişdir. MMC tərəfindən ona əmək haqqının 350 manat olacağı bildirilmiş, ilkin olaraq 100 manat məbləğində ödəniş edilmiş, daha sonra isə heç bir ödəniş edilməmişdir. Sonuncu dəfə 06 aprel 2023-cü il tarixdə zəif işlədiyi bəhanə gətirilərək onu işdən azad etmişlər və ödənilməli olan əmək haqqını ödəməmişlər. O Nərminə zəng etsə də, ona 304 manat 34 qəpik borcunun olduğunu, yaxın günlərdə ödəniş edəcəyini bildirmiş, lakin daha sonra onunla əlaqə saxlaya bilməmiş, belə ki, onun nömrəsini bloklamışdır. Bunu təsdiq edən müvafiq SMS-lərin surətini təqdim etmişdir. Qeyd etmişdir ki, MMC-də ondan başqa digər işçilərlə əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmçinin hər hansı bir dövlət orqanının nümayəndələri MMC-nin fəaliyyətinə nəzarət etmək məqsədilə gəldikdə, MMC rəhbərliyi işçiləri dərhal oradan uzaqlaşdırmışdır. "xxxx" MMCdə işləyərkən saat 09:00-da işə başlamış, saat 18:00-da işdən çıxmışdır. MMC-də işləyərkən giriş-çıxış qeydiyyat jurnallarına işə gələrkən və işdən çıxarkən imza etmişdir. İş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçiləri Elviz Salayev, Sevinc Qasımova və vətəndaş Şahid tərəfindən tərtib edilmiş 05 iyun 2023-cü il tarixli aktdan görünür ki, onlar həmin tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94-cü maddəsinə əsaslanaraq, müvafiq sənədlərin götürülməsi məqsədilə "xxxx" MMC-nin Sumqayıt şəhərində yerləşən baş ofisində olarkən, "xxxx" MMC-nin direktoru Rahim Maqsudov Şahid "xxxx" MMC-nin işçisi olmadığını, Şəxs1 MMC-nin işçisi olduğunu və bununla bağlı heç bir məsuliyyət daşımadığını bildirmişdir. «Rimaks Construction” MMC-nin direktoru Şəxs2 Şahid Şəxs1 MMC-də 1 ay müddətində fəaliyyət göstərdiyini, onunla əmək müqaviləsi bağlanmadığını, məsuliyyətdən azad olunarsa hazırda Şahid ödənilməmiş 270 manat məbləğində əmək haqqını ödəməyə hazır olduğunu bildirmişdir. Şəxs2 Şəxs1 MMC ilə hər hansı bir işçi arasında əmək müqaviləsi bağlandığı, həmçinin işçilərin işə gəlmə və işdən çıxma barədə qeydiyyat jurnallarının mövcud olması, müsbət halda təqdim edilməsi bildirilmiş, lakin Şəxs2 heç bir rəsmi sənəd təqdim edə bilməmişdir. İş materiallarında olan Whatsapp mobil tətbiqindən çıxarışdan görünür ki, orada bir çox danışıqlar sillinmiş, lakin silinməyən danışıqlar 02 may 2023-cü il tarixə aid olmaqla aşağıdakı məzmundadır: “Salam Çinarə xanım, ayın 1, 25, 27-si işdə olmamısınız, bu da 3 gün edir. 304,34azn”. Məhkəmə iclasında iştirak edən Şəxs2 həmin danışıqların Şahid ilə onun arasında olmasını təsdiq etmişdir. İş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçiləri Sevinc Qasımova tərəfindən tərtib edilmiş 06 iyun, 07 iyun və 12 iyun 2023-cü il tarixli arayışlardan görünür ki, Şəxs1 MMC-nin direktoru Şəxs2 izahatının alınması üçün sonuncunun stifadəsində olan +**********12 saylı əlaqə nömrəyə öz istifadəsində olan ********** mobil nömrəsi vasitəsi ilə dəfələrlə zəng edilməsinə baxmayaraq Şəxs2 telefonlara cavab verməmişdir. İş materiallarında olan X9 Xidmətinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs1 MMC-nin direktoru Şəxs2 vətəndaş Şahid xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmiş, ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şahid həqiqətən də xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Şəxs1 MMC-də əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs1 MMC-nin direktoru bu faktı inkar etsə də iş materiallarında olan bir-biri ilə bağlı sübutların məcmusuna əsasən onun iddialarının əsassız olması və özünü müdafiə xarakteri daşıması öz təsdiqini tapmışdır. Bununla bağlı əvvəla qeyd edilməlidir ki, iş üzrə müəyyən edilmişdir ki, "xxxx" MMCnin Sumqayıt şəhərində yerləşən baş ofisində həmçinin Şəxs1 MMC faktiki fəaliyyət göstərir və sonuncu MMC-nin direktoru da məhz orada işləyir. Həmçinin Şəxs1 MMC-nin direktorunun məhkəmədə verdiyi izahata əsasən direktoru olduğu MMC-nin təsisçisi "xxxx" MMC-nin direktoru Rahim Maqsudovun oğludur. "xxxx" MMC-nin mühasibi olmadığı üçün o həm də həmin işləri yerinə yetirir və həmin MMC-də işlərə kömək edir. Beləliklə də müəyyən edilir ki, qeyd edilən MMC-lər faktiki olaraq bir ofisdə fəaliyyət göstərməklə faktiki olaraq bir mərkəzdən idarə edilir. Məhz bu səbəbdən də qeyd edilən MMC-lərin məsul şəxsləri iş üzrə prokurorluqda araşdırma aparılarkən fərqli, məhkəmə baxışı zamanı isə fərqli mövqelərdən çıxış edərək faktiki törədilmiş inzibati məsuliyyətdən yayınma məqsədi daşıyırlar. Qeyd edilməldir ki, vətəndaş Şahid ilk şikayəti "xxxx" MMC barəsində olmaqla izahatında da həmin şirkətin adını göstərsə də, prokurorluqda verdiyi izahatında onu işə götürən şəxsin məhz Nərmin adlı xanım olmasını qeyd etmişdir. Həmçinin vətəndaş Şahid işi və əmək haqqı ilə bağlı məhz Şəxs2 ilə əlaqə saxlamışdır. Bu faktı Şəxs2 özü də təsdiq etmişdir. Digər tərəfdən prokurorluq əməkdaşları araşdırma məqsədi ilə "xxxx" MMC-nin Sumqayıt şəhərində yerləşən baş ofisində olarkən, "xxxx" MMC-nin direktoru Rahim Maqsudov Şahid "xxxx" MMC-nin işçisi olmadığını, Şəxs1 MMC-nin işçisi olduğunu və bununla bağlı heç bir məsuliyyət daşımadığını bildirmişdir. Şəxs1 MMC-nin direktoru Şəxs2 isə Şahid Şəxs1 MMC-də bir ay müddətində fəaliyyət göstərdiyini, onunla əmək müqaviləsi bağlanmadığını, məsuliyyətdən azad olunarsa hazırda Şahid ödənilməmiş 270 manat məbləğində əmək haqqını ödəməyə hazır olduğunu bildirmişdir. Bununla bağlı müvafiq akt da tərtib edilmişdir. Məhkəmə iclasında isə Şəxs2 həmin aktın doğruluğunu qismən də olsa etiraf edərək bildirmişdir ki, həqiqətən də prokurorluq əməkdaşlarına Şahid onların işçisi olduğunu demiş, lakin burada konkret Şəxs1 MMC-ni nəzərdə tutmamışdır. Bundan əlavə müəyyən edilmişdir ki, eyni fakta görə artıq «Rimaks Construction” MMC-nin direktoru Şəxs2 vəzifəli şəxs kimi X9 Xidməti tərəfindən inzibati cərimə edilmiş, həmin inzibati tənbeh tətbiq etmə barədə qərar isə hazırda qanuni qüvvədə olmaqla hazırki iş üzrə preyudisial hüquqi əhəmiyyət daşıyır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Məhkəmə preyudisiya ilə bağlı Azərbaycan Respublikası İXM-də normaların olmaması səbəbindən hazırki inzibati xəta haqqında iş üzrə qərarında Azərbaycan Respublikası CPM-nin qeyd edilən normalarına Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında olan hüquqi mövqeyinə uyğun olaraq istinad edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs1 MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. İnzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs1 MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs1 MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 43, 48- 50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs1 (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2280/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2280/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver