Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2281/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Dövlət X7nin YNHİ polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Bərdə rayonu Böyük Qəcər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu Böyük Qəcər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.4cü maddələri ilə 06.07.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, 05.07.2021-ci il tarixdə, saat 14:30 radələrində idarə etdiyi “QAZ-31029” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri “Koroğlu” küçəsində yola bitişik ərazidən yola çıxarkən solundan hərəkətdə olan “VAZ-21104” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməyib toqquşmuşdur. Sürücünün sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahat verərək göstərdi ki, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə 06.07.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, 05.07.2021-ci il tarixdə, saat 14:30 radələrində idarə etdiyi “QAZ-31029” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri “Koroğlu” küçəsində yola bitişik ərazidən yola çıxarkən solundan hərəkətdə olan “VAZ-21104” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməyib toqquşmuşdur. Həmçinin inzibati xəta törədilən zaman sürücünün sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. İnzibati xəta nəticəsində “VAZ-21104” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi əzilmişdir. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, dostuna məxsus olan “QAZ-31029” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə 05.07.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində Sumqayıt şəhəri, “Koroğlu” küçəsində yerləşən Monza yağ dəyişmə sexindən Koroğlu küçəsindən Sülh küçəsi istiqamətində hərəkət edən “VAZ-21104” markalı nəqliyyat vasitəsinə yol verməmiş, onun qabaq hissəsi ilə toqquşmuş, hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, etibarnamə ilə idarə etdiyi “VAZ-21104” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 05.07.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində “Koroğlu” küçəsi ilə “Sülh” küçəsi istiqamətində hərəkətdə olan zaman “Koroğlu” küçəsində yerləşən Monza yağ dəyişmə sexindən çıxan “QAZ-31029” markalı nəqliyyat vasitəsi ona yol verməmiş, onun avtomaşınının qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamış, ona maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan sığorta tərəfindən ödəniləcəkdir. Odur ki, şikayətçi deyildir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs X2 məhkəmə iclas zalında təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan sığorta tərəfindən ödəniləcəkdir. Odur ki, şikayətçi deyildir. İş materiallarında olan Sumqayıt Şəhər Dövlət X7 tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs həqiqətən sürücülük hüququnun olmaması təsdiqlənmişdir. Beləliklə, Şəxs əməli iş materiallarında olan 06.07.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2281/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2281/2021
08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver