Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2283/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisiləri X2, X1 və X4, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 4158 H ünavnında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 25 sentyabr 2023-cü il tarixli MN № ******* saylı, 25 sentyabr 2023-cü il tarixli MN № ******* saylı, 25 sentyabr 2023-cü il tarixli MN № ******* saylı, 25 sentyabr 2023-cü il tarixli MN № ******* saylı və 25 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixədə saat 12:20 radələrində Sumqayıt şəhəri, Asfaltzavod ərazisində Bərşad Rüstəmova aid evin qaz sayğacını oğurlayaraq xırda talama etmişdir, bundan başqa Şəxs xx.xx.2023-cü il tarixə keçən gecə Sumqayıt şəhəri, Ceyranbatan bağlarında Samir İsmayılova aid ünvanın qaz sayğacını oğurlayaraq xırda talama etmişdir, bundan başqa Şəxs xx.xx.2023-cü il tarixə keçən gecə Sumqayıt şəhəri, Ceyranbatan bağlarında Harun Harunova aid ünvanın qaz sayğacını oğurlayaraq xırda talama etmişdir, bundan başqa xx.xx.2023-cü il tarixdə Şəxs Sumqayıt şəhəri, 49-cu məhəllə, fərdi evin hasarından su sayğacını oğurlayaraq xırda talama etmişdir və bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 02:30 radələrində ünvan 3 ünvanında yaşayan X6 məxsus evin su sayğacını oğurlayaraq xırda talama etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 25 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2283/2023, 3(060)-2284/2023, 3(060)-2285/2023, 3(060)-2286/2023 və 3(060)-2287/2023 №li işlər bir icraatda 3(060)- 2283/2023 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsinin sahə rəisi X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixədə saat 12:20 radələrində Sumqayıt şəhəri, Asfaltzavod ərazisində Bərşad Rüstəmova məxsus evin qaz sayğacını, bundan başqa o, xx.xx.2023-cü il tarixə keçən gecə Sumqayıt şəhəri, Ceyranbatan bağlarında Samir İsmayılova aid ünvanın qaz sayğacını və bundan başqa o, xx.xx.2023-cü il tarixə keçən gecə Sumqayıt şəhəri, Ceyranbatan bağlarında Harun Harunova aid ünvanın qaz sayğacını oğurlayaraq xırda talama etmişdir. Hal-hazırda vurulmuş ziyan ödənilməmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsinin sahə rəisi X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs Sumqayıt şəhəri, 49-cu məhəllə, fərdi evin hasarından su sayğacını oğurlayaraq xırda talama etmişdir. Hal-hazırda vurulmuş ziyan ödənilməmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsi 5-ci polis bölməsinin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 02:30 radələrində ünvan 3 ünvanında yaşayan X6 məxsus evin su sayğacını oğurlayaraq xırda talama etmişdir. Halhazırda vurulmuş ziyan ödənilməmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, ilk olaraq xx.xx.2023-cü il tarixədə saat 12:20 radələrində Sumqayıt şəhəri, Asfaltzavod ərazisindəki evin qaz sayğacını oğurlamışdır, bundan başqa o, xx.xx.2023-cü il tarixə keçən gecə Sumqayıt şəhəri, Ceyranbatan bağlarındakı evin qaz sayğacını oğurlamışdır, bundan başqa o, təkrar həmin gecə, yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan bağlarındakı yaşayış evin hasarından qaz sayğacını oğurlamışdır, bundan başqa xx.xx.2023-cü il tarixdə o, Sumqayıt şəhəri, 49-cu məhəllə, fərdi evin hasarından su sayğacını oğurlamışdır və bundan başqa o, xx.xx.2023-cü il tarixdə gecə saat 02:30 radələrində ünvan 3 ünvanına məxsus evin su sayğacını oğurlayaraq xırda talama etmişdir. Oğurladığı sayğacları satmaq istəmiş, lakin sata bilmədiyindən qeyd olunan sayğacları sındıraraq yararsız vəziyyətə salmışdır. Hazırda vurmuş olduğu ziyanı ödəməyə maddi imkanı yoxdur. Törətdiyi əməldən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs 2023-cü ilin müxtəlif aylarında Sumqayıt şəhəri ərazisində "xxxx" ASC-yə məxsus qaz sayğaclarını kəsərək oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilməmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərsu” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, adını sonradan bildiyi Şəxs 2023-cü ilin müxtəlif aylarında Sumqayıt şəhəri ərazisində "xxxx" ASC-yə məxsus su sayğaclarını kəsərək oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilməmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokollar tərtib etmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 –da inzibati qaydada tutulmuşdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokollar tərtib etmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatları və inzibati xəta haqqında protokollar ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və hər inzibati xəta haqqında protokol üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq olunmaqla o qəti olaraq 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 18,00 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2283/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2283/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver