Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2284/2022 06.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsinin polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sabirabad rayonu, Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Sabirabad rayonu, Şəhriyar ərazi dairəsi, Xəlfəli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polis şöbəsinin polis kapitanı X6 tərəfindən 05 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Pulsar motosiklet” markalı, 99-A-383 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.2001-ci ildə Sabirabad rayonu, Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu, Şəhriyar ərazi dairəsi, Xəlfəli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Sumqayıt şəhəri, S.Vurğun - 20 Yanvar küçələrinin kəsişməsində hərəkətdə olan zaman İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına və ya zərərçəkmiş şəxsə maddi zərər vurmasına göre inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 06 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işin baxılması 06 sentyabr 2022-ci il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin polis kapitanı X6 məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, təxminən üç aydır ki, Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən ərazidə icarə əsasında işləyən avtotəmir sexində fərdi olaraq motosikletlərin təmiri işi ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə gündüz saatlarında Vüsal adlı şəxs ona yaxınlaşyıb özünə məxsus motosikletin zəncirini təmir etməyini xahiş etmiş, o həmin motosikleti sahibindən təhvil alıb təmirə başlamış və təxminən 10-15 dəqiqə ərzində həmin mot təmir edərək motosikletin sazlığını yoxlamaq üçün açarı Vüsaldan istəmiş, sonuncu ona etiraz etməmişdir. O, həmin motosikleti idarə etməklə Sumqayıt şəhəri ərazisində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olduğu zaman, yolayrıcına daxil olmaqla sola dönmə əməliyyatı edən **-FC-*** dövlət qeydiyyat nişanlı «Mazda CX-9» markalı avtomobili dönməni yerinə yetirərkən yolun orta hissəsində dayandığını görmüşdür. Həmin an o, təhlükəni hiss edib dərhal tormoz əyləcinə təzyiq etmiş, buna baxmayaraq həmin yolda idarəetməni itirdiyindən motosiklet sola doğru hərəkət edərək S.Vurğun küçəsində qabaq hissəsi ilə qarşı avtomobilin arxa sol qanadından toqquşmuşdur. Hadisə zamanı zərəbənin təsirindən motosiklet asfalt örtüyün üzərinə aşmaqla özü xəsarətlər almışdır. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan xx.xx.2022-ci il tarixli, 3888 №-li və 3889 №-li sərxoşluq vəiyyətinin tibbi müayinə aktlarından görünür ki, hadisə zamanı Şəxs və X1 alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materialında olan X4 xx.xx.2022-ci il tarixli izahatında, hadisə zamanı xəsarət alan olmamasını qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs sürücülük hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq X2 idarə etdiyi avtomobilə vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün izahatı və iş materialları ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 332.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 400,00 (dörd yüz) manat məbləğində cərimə edilsin. Zərər şəkmiş şəxs X3 izah olunur ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2284/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2284/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver