Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2286/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC xx.xx.2022-ci il tarixli, 00700- 0187/22 saylı protokol tərtib edilmişdir ona görə ki, hüquqi şəxs olan Şəxs MMC xx.xx.2022-ci il tarixli, **********2090 sorğu nömrəli gömrük bəyannaməsi ilə Çin Xalq Respublikasından “dəmir hərəkət təkərləri diskləri” yükünü “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilmişdir. Şəxs MMC-nin ünvanına gələn “dəmir hərəkət təkərləri diskləri” yükü ölkə ərazisinə daxil olmadan Şəxs MMC xx.xx.2022ci il tarixdə gömrük qanunvericiliyinə uyğun olaraq elektron qaydada xx.xx.2022-ci il tarixli, **********8489 sorğu nömrəli qısa gömrük bəyannaməsini gömrük orqanlarına əvvəlcədən təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə “dəmir hərəkət təkərləri diskləri” yükü Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçməklə 82AA161/82AA162 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olmuşdur. Lakin gömrük orqanları tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********2090 sorğu nömrəli gömrük bəyannaməsində göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin dövlət nömrə nişanlı 82AA161/82AA162 kimi bəyan edilsə də, yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verilən xx.xx.2022-ci il tarixli, **********8489 sorğu nömrəli qısa gömrük bəyannaməsində göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin dövlət nömrə nişanlı 59B239/240 kimi bəyan etməklə gömrük orqanına təhrif olunmuş məlumat verdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 29 avqust 2022-ci -ci il tarixli, **********8489 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından “dəmir hərəkət təkərləri diskləri” yükü 59B239/240 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən təqdim edilən 02 sentyabr 2022-ci il tarixli **********02090 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılmış” gömrük prosedurunda rəsmiləşdirilmiş Çin Xalq Respublikasından 82AA161/82AA162 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə daşınan “dəmir hərəkət təkərləri diskləri” yükünü xx.xx.2022-ci il tarixdə ardıcıl olaraq saat 16:57-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair gömrük orqanına elektron formada verilmiş xx.xx.2022-ci il tarixli, **********8489 sorğu nömrəli qısa gömrük bəyannaməsində nəqliyyat vasitəsinin dövlət nömrə qeydiyyat nişanının fərqli olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs olan Şəxs MMC xx.xx.2022-ci il tarixli, **********2090 sorğu nömrəli gömrük bəyannaməsi ilə Çin Xalq Respublikasından “dəmir hərəkət təkərləri diskləri” yükünü “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilmişdir. Şəxs MMC-nin ünvanına gələn “dəmir hərəkət təkərləri diskləri” yükü ölkə ərazisinə daxil olmadan Şəxs MMC xx.xx.2022ci il tarixdə gömrük qanunvericiliyinə uyğun olaraq elektron qaydada xx.xx.2022-ci il tarixli, **********8489 sorğu nömrəli qısa gömrük bəyannaməsini gömrük orqanlarına əvvəlcədən təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə “dəmir hərəkət təkərləri diskləri” yükü Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçməklə 82AA161/82AA162 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olmuşdur. Lakin gömrük orqanları tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********2090 sorğu nömrəli gömrük bəyannaməsində göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin dövlət nömrə nişanlı 82AA161/82AA162 kimi bəyan edilsə də, yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verilən xx.xx.2022-ci il tarixli, **********8489 sorğu nömrəli qısa gömrük bəyannaməsində göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin dövlət nömrə nişanlı 59B239/240 kimi bəyan etməklə gömrük orqanına təhrif olunmuş məlumat verdiyi müəyyən edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsi Sumqayıt Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli, 00700-0187/22 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.1-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 32, ev Sülh küçəsi, “Qalatasaray” ticarət mərkəzi olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində cərimə tutularaq X1 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************. Alan: Sumqayıt Baş Gömrük İdarəsi – Hesab: AZ13CTRE********************. VÖEN: **********, D3 qrafası Büdcə təsnifatının kodu: 142533, D4 qrafası Büdcə səviyyəsinin kodu: 7 hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2286/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2286/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver