Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2287/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, xx.xx.1993-cü ildə tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Bala Bəhmənli ərazi dairəsi, Bala Bəhmənli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 06 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 51-ci məhəllədə “Range Rover” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşəsini Şəxs sındırmış, İXM-nin 232-1-ci maddəsinin tələbini pozmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 07 sentyabr 2022ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 19 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən 06 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 51-ci məhəllədə “Range Rover” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşəsini Şəxs sındıaraq 800,00 manat ziyan vurmuş və nəticədə Şəxs İXM-nin 232-1ci maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. İş materialında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X3 2100 №li yoxlama materialı üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci pıos bölməsinə göndərilmişdir. Qeyd olunan yoxlama materialı üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə keçən gecə şəxsiyyəti təhqiqata məlum olmayan naməlum şəxs (şəxslər) vət.X2 məxsus ünvan 1 ünvanın qarşısında saxlanılan Rang-Rover markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsini qəsdən zədələyərək X2 800,00 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan Şəxs izahatından görünür ki, əvvəllər tanışı olan Elvin və Azər adlı şəxslərlə birlikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Sumqayıtda 51-ci məhəllədə gəzərkən orada olan Kia Sorento markalı **-FK-*** dövlət qeydiyyat nişanlı, Range Rover markalı **-UT-*** dövlət qeydiyyat nişanlı, Toyota Prado markalı **-CD-*** dövlət qeydiyyat nişanlı, Subaru markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qabaq yan şüşələrini sındırmışlar. Həmin vaxtı içkili olmuş, məqsədi ziyan vurmaq olmuşdur. Avtomobillərdən heç nə götürməmidir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və cinayət işinin başlanmasının rədd olunması barədə qərarla öz təsdiqini tapır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə vətəndaş X2 məxsus ünvan 1 ünvanın qarşısında saxlanılan “Rang-Rover” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsini qəsdən zədələyərək X2 800,00 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs izm 232-1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 1.000,00 (bir min) manat məbləğində cərimə olunsun. Zərərçəkmiş şəxs X2 izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2287/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2287/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver