Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2287/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi, Qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi X1, Qərardan şikayət vermiş şəxs Məmmədov Rəfail İbrahim oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X5 İbrahim oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 İbrahim oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Məmmədov Rəfail İbrahim oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 5 saylı Mənzil-Kommunal Sahəsinin rəisidir, eyni zamanda müharibə veteranıdır. O, texniki işlərə cavabdeh deyildir. Onların işi yaşıllıqlara, kolluqlara, ağaclara qulluq edilməsinə, həyətin süpürülməsinə, təmizlənməsinə və s. bu kimi işlərə nəzarət etməkdir. Binanın siqnalizasiyasının qoşulması, yanğın mühafizə üçün su hovuzlarının bərpasını etmək üçün MKİS-in müstəqil balansı yoxdur. Bildirdiklərinə görə siqnalizasiyanın qiyməti 3000 manatdır. O, yanğın idarəsinə bu barədə Sumqayıt şəhər MKTİB-yə müraciət edilməsini bildirmişdir. Ozü də rəsmi olaraq idarəyə müraciət etmiş, lakin yenə də ona cərimə yazmışlar. İdarənin rəhbəri, texniki şöbənin mühəndisləri, cavabdehlər şəxslər vardır. Ona nə qədər protokol yazılsa da o, bu işləri görə bilməyəcəkdir. Keçən il bir dəfə də ona cərimə yazmışlar və həmin cərimə təqaüdündən tutulmuşdur. Qaz balonunu da öz cibindən xərc çəkərək almışdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, təyinatından asılı olmayaraq bütün dövlət idarələrində yanğın texniki müayinələr keçirirlər. Bu müayinələrdən biri də 5 saylı Mənzil Kommunal Sahəsində keçirilmişdir. Onlar həm Mənzil Kommunal Sahəsinin inzibati binasında, həm də ərazilərdə yanğı su hovuzlarının, ərazinin təmiz saxlanmasına nəzarət edirlər. Onlar ofisin özündə siqnalizasiya sisteminin olmamasını irad bildirmişlər. Əsas tələb yanğın su hovuzlarının bərpası ilə bağlı olmuşdur. Bu barədə protokol tərtib olunduqdan sonra 10 gün ərzində şəxs idarəyə dəvət olunur. İdarədə qərar verilərkən şəxs yanğın su hovuzlarının düzəldilməsi, obyektə siqnalizasiyanın çəkilməsi, elektrik xətlərinin düzəldilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməsi barədə sənəd təqdim edə bilərdi. Lakin şəxs qərar çıxarılarkən idarədə iştirak etməmiş, sənəd təqdim etməmiş, buna görə də barəsində İXM-nin 518.1-ci maddəsinə əsasən cərimə qərarı çıxarılmış və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.1999cu il tarixdə Məmmədov Rəfail İbrahim oğluna 021067 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarla Məmmədov Rəfail İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta ilə bağlı işə xx.xx.2024-cü il tarixdə saat 11:00-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılacaqdır. İş materiallarından görünür ki, 5 saylı MKS-in rəisi Məmmədov Rəfail İbrahim oğlu tərəfindən Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyininin rəisi Hüseyn Həsənova 5 saylı MKS-nin inzibati binasında siqnalizasiya sisteminin olmaması, 1-ci mikrorayon, ev 13/31, 51/22, 122 saylı binaların qarşısında yerləşən su hovuzlarının işlək vəziyyətdə olmaması barədə 189 saylı, xx.xx.2024-cü il tarixli məlumat göndərilmişdir. Məhkəmə şikayətçinin və nümayəndənin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati araşdırma zamanı şəxsin iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Məmmədov Rəfail İbrahim oğlunun barəsində tərtib edilmiş protokola dair öz etirazlarını bildirmək, izahat vermək və s. digər hüquqlarını həyata keçirmək imkanı təmin olunmamışdır. Eyni zamanda qeyd olunan nöqsanların aradan qaldırılmasının məhz Məmmədov Rəfail İbrahim oğlunun səlahiyyətinə aid olması yaxud hansı səlahiyyətli şəxsin vəzifəsi olması dəqiq müəyyəndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayətdə göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədov Rəfail İbrahim oğlunun şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2287/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2287/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver