Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2289/2022 21.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 06 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 51-ci məhəllədə Kia Seronto markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşəsini sındırmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 07 sentyabr 2022ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 21 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, əvvəllər tanışı olan Elvin və Azər adlı şəxslərlə birlikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 51-ci məhəllədə gəzərkən orada olan Kia Sorento markalı **-FK-*** dövlət qeydiyyat nişanlı, Range Rover markalı **- UT-*** dövlət qeydiyyat nişanlı, Toyota Prado markalı **-CD-*** dövlət qeydiyyat nişanlı, Subaru markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qabaq yan şüşələrini sındırmışdır. Həmin vaxt içkili olmuşdur, məqsədləri ziyan vurmaq olmuşdur. Avtomobillərdən heç nə götürməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Onun hərəkəti nəticəsində Zərərçəkmiş şəxs 250 manat maddi ziyan vurulmasını qəbul edir və ziyanı ödəməyə hazırdır, amma hazırda ödəməyə imkanı yoxdur. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, onun avtomobilinin qabaq yan şüşəsi sındırılmışdır, bunun nəticəsində ona 250 manat maddi ziyan vurulmuşdur. Ona dəymiş zərərin ödənilməsini və qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materialında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru X3 2099 №li yoxlama materialı üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə göndərilmişdir. Qeyd olunan yoxlama materialı üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdənxx.xx.2022ci il tarixə keçən gecə şəxsiyyəti təhqiqata məlum olmayan naməlum şəxs vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanının qarşısında saxlanılan Kia Sorento markalı **-FK-*** nömrə nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsini qəsdən sındıraraq Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edildiyindən inzibati qaydada məsuliyyətə cəlb olunması qeyd edilmişdir. İş materiallarında zərərçəkmiş şəxsə dəymiş ziyanın dəqiq məbləği göstərilməmişdir, amma məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, ona 250 manat maddi ziyan vurulmuşdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bunu qəbul etdi. Ona görə də, məhkəmə vurulmuş ziyanın məbləğinin 250 manat olmasını qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri özünün izahatı ilə bərabər işdə olan digər sübutlarla sübuta yetirilir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən hal Şəxs peşman olmasıdır, ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, işin hallarını, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında müəyyən olunmuş hədd daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxsin 250 manat məbləğində ona dəymiş ziyanı tələb etməsini, Şəxs həmin məbləğdə ziyanı qəbul etdiyini, bununla bağlı mübahisə olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi də qərarda öz əksini tapmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 36.1, 114.1.1, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 250 (iki yüz əlli) manat cərimə olunsun. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün Şəxs 250 (iki yüz əlli) manat alınaraq Zərərçəkmiş şəxs verilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2289/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2289/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver