Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2292/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonu, Zarat kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş 2-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 25 sentyabr 2023cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aidiyyatı sahə rəisinə həvalə edilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək qeyd etdi ki, hadisə deyilən kimi olmuşdur. Başqasına pul verməli olduğundan şəxsi aldadadaraq onun pulu alıb başqasına vermişdir. Sonra həmin şəxsin pulunu qaytarmaq istəmiş, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədən zərəri ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil inzibati xətanı törətmiş şəxsə yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “Opel Astra” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən Quba rayonuna gedən zaman Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi ərazisindən sərnişin kimi avtomobilinə əyləşmiş, Şirvan D/Y, Y/M ərazisindən yorğan döşək götürüb Quba rayonuna, Savxoz 12-yə aparacağını bildirib onu binaların arası ilə həyət evlərinin yanına aparmışdır. Bir ünvanda gözləməyini, evdən yorğan-döşək götürüb gələcəyini bildirmiş və ondan 100 manata xırda pulunun olubolmadığını soruşmuşdur. O, həmin şəxsə xırda pulunun olduğunu bildirmiş və həmin şəxsə 100 manata xırda pulunun olmadığını, 50 manat pulunun olduğunu demişdir. Həmin şəxs 50 manatı ondan istəmiş və bildirmişdir ki, ailə üzvləri gələndən sonra pulunu verəcək. Ona görə o, həmin şəxsə 5 ədəd 10 manatlıq əskinas vermişdir. Həmin şəxs ailə üzvlərinin gəldiyini, maşına minəndə pulunu verəcəyini bildirmişdir. Sonra ondan aralaşıb uzaqlaşmış və pulunu ələ keçirib asfalt yola tərəf qaçmışdır. O, həmin şəxsin ardınca qaçmış, həmin şəxs yoldan keçən marşrut avtobusuna minmək istəmişdir. Lakin onun gəldiyini görüb marşrutdan düşərək qaçıb gözdən itmişdir. Sonra o, yaxınlıqda yerləşən 2ci PB-nə gəlib bu barədə ərizə və izahat yazmışdır. Sonra H.Zeynalabdin qəsəbəsi ərazisindən keçən Bakı-Quba yolunda avtomobilini sürərək həmin şəxsi axtarmışdır. Həmin vaxt polis əməkdaşları ona zəng edərək pulunu ələ keçirməkdə şübhəli olan bir şəxsi bölməyə gətirdiklərini bildirib onu PB-nə dəvət etmişlər. O, bölməyə gələndən sonra həmin şəxsi görmüş və tanımışdır ki, həmin şəxs bir müddət əvvəl 50 manat pulunu ələ keçirmiş şəxsdir. Ona dəymiş zərər ödənilməyib. Şikayətçidir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs dələduzluq hadisəsini törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 25 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aidiyyatı sahə rəisinə həvalə edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə göstərilənlərə əsasən Şəxs əvvəllər də dəfələrlə xırda talama ilə bağlı inzibati xəta törətməsinə görə barəsində inzibati tənbeh tətbiq edilməsini, sonuncu dəfə CM-nin 180.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və məhkumluğu ödənilmədən yenidən xırda talama əməli törətməsini, törədilmiş əməlin davamlılığını, təkrarlanmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X1rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 24 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2292/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2292/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver