Məhkəmə qərarları › İş №3(060)-2294/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2294/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2294/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində yaşadıqları mənzildə sərxoş vəziyyətdə olmaqla Zərərçəkmiş şəxs yumruqla başına vurmaqla döyüb bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis kapitanı X3 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində yaşadıqları mənzildə sərxoş vəziyyətdə olmaqla atası Zərərçəkmiş şəxs yumruqla başına vurmaqla döyüb bədən xəsarəti yetirmişdir. 29 avqust 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhiqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü qaidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində işdən evə gəlmiş, evə gəldikdə atası ona atmacalar atmağa başlamış, guya ona narkotik istifadəçisi olduğunu bildirmişdir. Buna görə də aralarında mübahisə baş vermişdir. O da atasına sakitləşmək üçün gedib içəcəyini bildirmiş, atası da əgər evə sərxoş vəziyyətdə gecə saat on ikidən gec gələrsə onu evə buraxmayacağını bildirmişdir. O da əsəbləşərək evdən çıxmış və dəniz kənarında 0,5 litrlik araq içmiş, gecə saat 01:30 radələrində sərxoş vəziyyətdə qayıdıb evə gəlmişdir. Anası Gülzara zəng etmiş, o da qapını açmışdır. Evə daxil olduqdan sonra atası onun ünvanına “narkoman gəldin?” deyərək onu qıcıqlandırmağa başlamış, o da əsəbləşərək içkinin təsiri altında olduğundan atasını vurmuş və əsəbini soyutmaq üçün otağındakı vintilyatoru əli ilə vuraraq aşırmışdır. Buna görə də atası 102 xidmətinə zəng edərək məlumat vermişdir. Halhazırda əməlindən peşmandır. Atası ilə barışmışdır. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Eynal bildirmişdir ki spirtli içki qəbul etməyə gedir. O da oğluna evə yenə sərxoş vəziyyətdə gəlsə onu evə buraxmyacağını, qapını açmayacağını bildirmişdir. Eynal isə evə sərxoş vəziyyətdə gələcəyini və ona göstərəcəyini demişdir. Saat 01:30 radələrində oğlu Eynal evə həddindən artıq sərxoş vəziyyətdə gəlmiş, Zərərçəkmiş şəxs qonaq otağında ona evə sərxoş vəziyyətdə gəlməsinə görə iradını bildirdikdə Eynal onun üzərinə gəlib yumruqla başının ortasına bir neçə zərbə vurmuşdur. Bu zaman həyat yoldaşı Gülzar aralarına keçərək Eynalı sakitləşdirməyə çalışmış, ondan kənarlaşdırmışdır. Buna baxmayaraq Eynal qonaq otağında olan vintilyatoru götürüb onun başının ortasına vurmuşdur. Eynalın aqresivləşdiyini görüb 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hal-hazırda Şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhiqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış NK-1/1650 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü qəbul olunmuş qərarın surətinin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1229 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “başın təpə və ənsə nahiyələrinin qançır-şişkimlikləri xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır. Bu səbəbdən ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs barışmışdır. Ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar