Məhkəmə qərarları › İş №3(060)-2294/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2294/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2294/2025 10.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının ƏƏSMN yanında X3 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin və protokol tərtib edən orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə iştirak edən Azərbaycan Respublikasının ƏƏSMN yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X1 "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı ərizəsi daxil olmuşdur. İşlə bağlı müvafiq araşdıırlmanın aparılması üçün "xxxx" MMCyə xx.xx.2025-ci il tarixli 3-17-512-66220/2025 nömrəli məktub göndərilmiş, lakin aidiyyəti sənədlər təqdim olunmamışdır. Onlarda olan məlumata əsasən həmin məktub MMC-yə xx.xx.2025-ci ildə çatıb. Lakin lazımı sənədlər işin araşdırılması üçün təqdim edilməyib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar olaraq AR ƏM-in 15.2-ci maddəsinə əsasən Cəmiyyət rəhbərliydən xx.xx.2025-ci il tarixli 3-17-512-66220/2025 nömrəli məktubla 7 (yeddi) iş günü müddətində aidiyyəti sənədlər tələb olunsa da, təqdim edilməmiş, müraciətə rəsmi münasibət bildirilməmişdir. - xx.xx.2025-ci il tarixli 3-17-512-66220/2025 nömrəli "xxxx" MMC-yə məktubundan görünür ki, hüquqi şəxsə rəsmi qaydada məktub göndərilmiş və lazımi sənədlərin təqdim edilməsi tələb olunmuşdur. - xx.xx.2025-ci il tarixli 3-17-5/2-79159/2025 nömrəli "xxxx" MMC-yə məktubundan görünür ki, hüquqi şəxsə tərtib olunmuş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək üçün dəvət edilmişdir. - xx.xx.2025-ci il tarixli "xxxx" MMC-in direktoru Eldar Məmmədovun ƏƏSMN yanında X3 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə ünvanlanmış məktubundan görünür ki, X2 əmək müqaviləsi əsasında cəmiyyətdə çalışmışdır. Belə ki, işçiyə ödəniş hər ay nağd ödənilmiş, , onun müraciətində qeyd etdiyi əmək haqqı və digər tələblər həqiqəti əks etdirmir. Cəmiyyətlə R.Heydərov arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş, sonuncu cəmiyyətə kifayət qədər maddi ziyan vurduğu üçün haqqhesabı ödənilməmişdir. - X1 ərizəsindən görünür ki, o və 12 nəfər işçi "xxxx" MMC-də çalışır. Lakin onlarla heç bir əmək müqaviləsi bağlanmamış, əmək kitabçaları verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, "xxxx" MMC barəsində düzgün olaraq İXM-in 539.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş sübutlara əsasən vətəndaş X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Cəmiyyət rəhbərliyindən xx.xx.2025-ci il tarixli 3-17-512-66220/2025 nömrəli məktubla 7 (yeddi) iş günü müddətində aidiyyəti sənədlər tələb olunsa da, hüquqi şəxs tərəfindən müraciətə rəsmi münasibət bildirilmiş, lakin müraciətdə təqdim olunması zəruri hesab edilən sənədlər təqdim edilməmişdir. Belə ki, məhkəmə araşdırması müddətində müəyyən olunmuşdur ki, vətəndaş X1 əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti "xxxx" MMC tərəfindən DƏMX-in Abşeron-Xızı regional şöbəsinə təqdim edilməmişdir. Bununla da, "xxxx" MMC-nin əməlində həmin maddənin tərkib əlamətləri olduğundan MMC barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməli barəsində şərti olaraq cərimə tənbehi tətbiq edilməli, hüquqi şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ay müddət müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 116 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi hüquqpozmanın aradan qaldırması və Azərbaycan Respublikasının ƏƏSMN yanında X3 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə məlumat verilməsi üçün 1 (bir) ay müddət təyin edilsin. Həmin müddətdə hüquqpozma aradan qaldırılmadıqda 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar