Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2296/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Pərvanə Novruzovanın iştirakı ilə, xx.xx.1994-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra idarəsindən Şəxs barəsində 07 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilənlərə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8612/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə olan 1792.3 manat borcu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərvanə Novruzova məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8612/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən borclu Baxşıyev Fərid Firuz oğlundan 1792.3 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Baxşıyev Fərid Firuz oğlunun ünvanına dəfələrlə xəbərdarlıq göndərilmiş, lakin borclu şəxs çağırışlara gəlməmiş və görülmüş icra tədbirləri nəticəsində onun icra sənədində qeyd olunan ünvanda yaşamadığı müəyyən olunmuşdur. Borclu icra sənədini üzrsüz səbəbdən icra etmir. Ona görə də, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşmayaraq məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8612/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 1792.3 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin xeyrinə ödənilməlidir. Lakin onun bu icra sənədindən məlumatı olmamış, bildiriş ona elə protokol tərtib edilən gün təqdim edilmişdir. Hazırda işləmir, maddi vəziyyəti yaxşı olmadığı üçün borcunu tam ödəyə bilmir. Borcundan hər ay yalnız 20 manat ödəniş edə bilər. Hissə-hissə ödəməklə borcunu qaytaracaqdır. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin, məhkəmə araşdırması zamanı Şəxs əməlində icra məmurunun qanuni tələbinin üzürsüz səbəbdən icra edilməməsi ilə müşayiət olunan qərəzli hərəkətlər müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, borclu Şəxs icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə borcunu ödəməsi ilə bağlı, ödəməyəcəyi təqdirdə isə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmiş və həmin tarixdə izahatı alınmışdır. Buna baxmayaraq eyni tarixdə icra məmuru tərəfindən Şəxs barəsində MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına və Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd olunan maddələrinə əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə nəzərdə tutulmuş qaydada sübuta yetmədiyindən, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №3(060)-2296/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2296/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver