Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2296/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1961-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən 26 sentyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, icra sənədi xx.xx.2017-ci il tarixdə İcra İdarəsinə daxil olmuş, borlu bu barədə məlumatlandırılmışdır. İcra sənədi tam qaydada üzürsüz səbəblərə görə icra edilməmişdir. Belı ki, İcra haqqında Qanunun 78-ci maddəsinə əsasən icra ödənişi ödənilməmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 27 iyul 2016-cı il tarixli 105850-111716/1 nömrəli kredit müqaviləsi üzrə 292.318,48 manat əsas borc, 17.858.68 manat faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 41 manat xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 310.268.16 manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı ''Expressbank” ASC-y ödənilməlidir. Tələb ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda 0,0528 ha torpaq sahəsi və üzərind yerləşən 211B nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 120.000 manat müəyyən edilməklə açıq hərrac yolu il satılmalı, həmin əmlakın satılmasından əldə olunan vəsaitdən “Expressbank" ASC-yə olan borc ödənilsin, qalan məbləğ X4 verilməlidir. Tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir ay ərzində cavabdehlər X6 və X7 ipoteka predmeti olan qeyd olunan əmlakdan çıxarılmalı və həmin əmlak boşaldılmalıdır. İcra sənədi 06 (altı) ildən sonra icra olunmuşdur. Hərrac təşkil olunmuş, əmlak satılmamışdır. Əgər satılsaydı kredit məbləği ödənilməli, əlavə qalan pulun məbləğinə uyğun olaraq 07 (yeddi) faiz icra ödənişitutulmalı idi. Lakin icra sənədi əmlak satılmadan xx.xx.2023-cü il tarixdə icra olunmasına baxmayaraq borclu icra ödənişini ödəməmişdir. Qanunvericiliyin tələbinə görə icra ödənişi ödənilməlidir. İcra ödənişi icra məmurunun qanuni tələbinə aiddir və onun qanuni tələbi üzürsüz səbəbdən icra olunmur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 27 iyul 2016-cı il tarixli 105850-111716/1 nömrəli kredit müqaviləsi üzrə 292.318,48 manat əsas borc, 17.858.68 manat faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 41 manat xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 310.268.16 manat məbləğində pul ondan alınaraq iddiaçı ''Expressbank” ASC-y ödənilməlidir. Tələb ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda 0,0528 ha torpaq sahəsi və üzərind yerləşən 211B nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 120.000 manat müəyyən edilməklə açıq hərrac yolu il satılmalı, həmin əmlakın satılmasından əldə olunan vəsaitdən “Expressbank" ASC-yə olan borc ödənilsin, qalan məbləğ X4 verilməlidir. Tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir ay ərzində cavabdehlər X6 və X7 ipoteka predmeti olan qeyd olunan əmlakdan çıxarılmalı və həmin əmlak boşaldılmalıdır. O, bu iş üzrə qətnamə qəbul olunmadan 2017-ci ildə 220.000 manat ödəniş etmiş, cəmi 90.000 manat ödənilməmiş borcu qalmış, bank tərəfindən həmin məbləğ hissələrə bölünərək ona qrafik verilmiş və o, 2018-ci ildə həmin borcu ödəyib qurtarmışdır. Altı il keçdikdən sonra icra məmuru onu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət edərək icra sənədini icra etmədiyi üçün ölkədən getmək hüququnun məhdudlaşdırılacağını bildirmiş, o isə icra sənədinin tam icra olunduğunu demişdir. İcra sənədinin tam ödənilməsi barədə "xxxx" ASC tərəfindən məktub da İcra İdarəsinə daxil olmuşdur. İcra sənədinin tam icra olunmasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 27 iyul 2016-cı il tarixli 105850-111716/1 nömrəli kredit müqaviləsi üzrə 292.318,48 manat əsas borc, 17.858.68 manat faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 41 manat xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 310.268.16 manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı ''Expressbank” ASC-y ödənilməlidir. Tələb ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda 0,0528 ha torpaq sahəsi və üzərində yerləşən 211B nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 120.000 manat müəyyən edilməklə açıq hərrac yolu il satılmalı, həmin əmlakın satılmasından əldə olunan vəsaitdən “Expressbank" ASC-yə olan borc ödənilməli, qalan məbləğ X4 verilməlidir. Tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir ay ərzində cavabdehlər X6 və X7 ipoteka predmeti olan qeyd olunan əmlakdan çıxarılmalı və həmin əmlak boşaldılmalıdır. İş materiallarında olan Expressbank" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qətnamə üzrə borc tam bağlandığına görə "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tələb ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda 0,0528 ha torpaq sahəsi və üzərində yerləşən 211B nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac yolu il satılmalı, həmin əmlakın satılmasından əldə olunan vəsaitdən “Expressbank" ASC-yə olan borc ödənilməlidir. İcra sənədindən də görünür ki, ipoteka edilmiş əmlak satılmalı və borc ödənilməlidir. Lakin hərrac təşkil olunmuş və əmlak satılmamışdır. Buna baxmayaraq borclu borcunu tam şəkildə ödəmiş və “Expressbank" ASC tərəfindən borcun tam ödənilməsi barədə məktub verilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 78ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qətnamənin icra üsuluna görə əmlak satılıb borc ödənilməli olduğu halda əmlak satılmadan borclu tərəfindən Banka olan borc tam ödənilmişdir, yəni borclu icra sənədinin icrasından yayınmamışdır. Borclu Şəxs tərəfindən icra sənədinin icra edilməsinə qərəzli maneçilik törətməsi barədə icra məmuru tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2296/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2296/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver