Məhkəmə qərarları › İş №3(060)-2299/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2299/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2299/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 şikayətinə məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2299/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından “Lider Fire” məhdud məsuliyyətli cəmiyyətinin direktoru X6 tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət rədd edilmiş və həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Ona görə də məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 tərəfindən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilən şikayət ərizəsi ona əlavə olunmuş sənədlə birlikdə X3 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar