Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2301/2022 08.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı X2 iştirakları ilə xx.xx.1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 08 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər, Tuqzavod qəsəbəsi ərazisində onu söyərək xırda xuliqanlıq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı X4 bildirdi ki, Şəxs Şəxs Zərərçəkmiş şəxs bildirdiyinə görə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər, Tuqzavod qəsəbəsi ərazisində onu söyərək xırda xuliqanlıq etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o, təxminən 22 ildir Sumqayıt şəhəri Tuqzavod qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin baş mühasibi işləyir. Həmin MMC əsgərlərlə isti qış çəkməsi hazırlamaq üçün heyvan dəriləri aşılamaqla məşğuldur. Bir neçə müddətdir ki, ayrı-ayrı tanımadığı şəxslər onun işlədiyi müəssisəyə gələrək onları narahat edir. MMC-nin müşahidə kameraları olsa da, həmin vaxt işlək vəziyyətdə olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində tanımadıqları 2 nəfər qadın "xxxx" markalı **-TN-*** dövlət nömrə nişanlı avtomobil ilə həmin MMC-nin qarşısına gəlmiş, orada məcburi şəkildə içəri daxil olmaq istəmişlər. Onlar səs-küyə qapıya çıxmış və onlarla söhbət edərkən özlərini jurnalist kimi təqdim edərək onlara şikayət daxil olduğunu və araşdırma aparmaq üçün həmin yerə gəldiklərini demişlər. Onlara hal-hazırda müəssisənin işləmədiyini desələr də onlar buna məhəl qoymayaraq içəri daxil olmağa çalışmışlar. Həmin vaxt o qadınlara yaxınlaşaraq işlərinə mane olmamağı xahiş etmiş və oradan uzaqlaşdırmağa çalışmışdır. Təxminən 15-20 dəqiqə onlarla söz mübahisəsi etdikdən sonra onlar oradan uzaqlaşmışlar. Həmin vaxt MMC-nin müdiri Teymur müəllim onların ərazisinin polis sahə rəisi Rüstəm müəllimə zəng edərək Tuqzavod qəsəbəsinə çağırmışdır. Bir neçə dəqiqə sonra sahə rəisi həmin yerə gələrək onları polis bölməsinə dəvət etmişdir. Bildirir ki, həmin vaxt orada nə o nə də başqa şəxs həminq adınlara qarşı nalayiq ifadə işlətməmiş və heç bir kobudluğa yol verməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, təxminən 17 ildir mətbuat işi ilə məğuldur. xx.xx.2022-ci il tarixdə tanışı Xeyransa, Bəxtiyar və Ruslan ilə birlikdə Sumqayıt şəhəri Tuqzavod qəsəbəsi ərazisində yas yerinə gəlmişlər. Orada olarkən ətrafdan pis qoxu gəldiyi üçün sakinlərdən bu qoxunun haradan gəldiyini soruşmuşlar. Sakinlər qoxunun yaxınlıqda olan dəri sexindən gəldiyini bildirmişlər. O və Xeyransa ilə birlikdə Xeyransaya məxsus avtomobil ilə həmin sexə getmişlər. Həmin vaxt Bəxtiyar və Ruslan yas yerində qalmışlar. Sexə çatdıqda sexin qapısında “işləmir” sözü yazılmışdı, ancaq buna baxmayaraq sexə bir ədəd “Qazel” markalı maşın daxil olmuşdur. Həmin vaxt qapıdan bir nəfər ağ köynəkli şəxs bayıra çıxmış və onlarla söz mübahisəsi etmişdir. Sonra o həmin yeri müdiri Teymurla görüşmək istəmiş, lakin həmin şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu küçə söyüşləri ilə təhqir etmişdir. Həmçinin onlar oradan uzaqlaşmaq istəyərkən tanımadıqları bir neçə şəxs onların qarşısını kəsərək getməklərinə mane olmağa çalışmışlar. Bundan başqa onlar oradan uzaqlaşmaq istəyərkən “Qazel” markalı qırmızı rəngli maşın onların qabağını kəsərək getməklərinə mane olmuş və Teymur maşına hücum edərək onları maşından bayıra çıxarmaq istəmişdir. Orada olan ağ köynəkli şəxsin onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyini bildirmişdir. Həmin ərazidə MMC-nin müşahidə kameraları vardır, videogörüntüləri əldə etməklə məhkəmə əmin ola bilər ki, barəsində inzibati protokol tərtib etmiş şəxs necə onlarla davranmışdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, təxminən 4 ildir Sumqayıt şəhəri, Tuqzavod ərazisində yerləşən "xxxx" MMC-ni idarə edir. Həmin MMC əsgərlərlə isti qış çəkməsi hazırlamaq üçün heyvan dəriləri aşılamaqla məşğuldur. Bir neçə müddətdir ki, ayrı-ayrı tanımadığı şəxslər onun mobil nömrəsinə zəng edərək özlərini jurnalist kimi təqdim edib ondan kömək məqsədilə pul istəmiş və o da onları insan kimi geri çevirməmişdir. Artıq bu halların çox olması onu narahat edir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 17:00 radələrində tanımadığı 2 nəfər qadın Mitsubishi-Pajero İO” markalı **-TN-*** dövlət nömrə nişanlı avtomobil ilə MMC-nin qarşısına gəlmiş, orada məcburi şəkildə içəri daxil olmaq istəmişlər. O səs-küyə qapıya çıxmış və onlarla söhbət edərkən özlərini jurnalist kimi təqdim edərək onlara şikayət daxil olduğunu və araşdırma aparmaq üçün həmin yerə gəldiklərini demişlər. O həmin şəxslərə hal-hazırda müəssisənin işləmədiyini desə də onlar buna məhəl qoymayaraq içəri daxil olmağa çalışmışlar. Həmin vaxt işçilərlə birlikdə həmin qadınları oradan uzaqlaşdırmağa çalışmışlar və təxminən 15-20 dəqiqə onlarla söz mübahisəsi etdikdən sonra onlar oradan uzaqlaşmışlar. Həmin vaxt orada nə o nə də başqa şəxs həminq adınlara qarşı nalayiq ifadə işlətməmiş və heç bir kobudluğa yol verməmişdir. MMC-nin müşahidə kameraları olsa da, həmin vaxt işlək vəziyyətdə olmamışdır. Hazırda bütün kameralar təmir edilmişdir. Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki Şəxs tərəfindən ictimai qayda pozulmuşdur, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Şəxs hadisə baş verdiyi vaxt Zərərçəkmiş şəxs barəsində kobud ifadələrə işlətmədiyini izahat qeyd etsə də, məhkəmə bu dəlili özünümüdafiə xarakter daşıdığını, mübahisənin 15-20 dəqiqə çəkməsi özlüyündə hadisənin davamlılığından xəbər verir. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş X1 həmin şirkətində işlədiyindən və Şəxs tabeçilində olduğundan onun izahatı işdə maraqlı olan şəxsin izahatı kimi qiymətlədirilir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəlləsinin 31.1-4-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini və yaşını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 100,00 (yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2301/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2301/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver