Məhkəmə qərarları › İş №3(060)-2302/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2302/2022

08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2302/2022 08.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanovun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Beyləqan rayonunun Mil qəsəbəsində anadan olmuş, evli, işləməyən, Sumqayıt şəhəri, 3-cü m/rayon, ev 8/6, mənzil 34-də qeydiyyatda olan və Sumqayıt şəhəri, məhəllə 17, H.Əliyev prospekti, ev 206a, mənzil 82 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 54500 ABŞ dolları alınaraq X2 ödənilməlidir. Borclu borcundan 42700 manat ödəmiş, qalıq borcunu üzürsüz səbəbdən ödəməkdən yayınır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanov tərtib etdiyi protokola uyğun izahat verərək məhkəməyə bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 54500 ABŞ dolları alınaraq X2 ödənilməlidir. Borclu mövcud olan borcundan 42700 manat ödəmişdir, qalan borcunu isə üzürsüz səbəbdən ödəməmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ondan X1 xeyrinə 54500 ABŞ dolları tutulmuşdur. Əslində onun X2 borcu yoxdur və o aldığı pulu hissə-hissə olaraq qaytarmışdır. Lakin əlində sübutu olmadığına görə məhkəmədə uduzmuşdur. Onun evi satılaraq tələbkara cəmi 42700 manat ödənilmişdir. Qalan borcunu ödəmədiyi üçün isə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda cəza çəkir. Məhkəmə hökmü ilə onun üzərinə yaşadığı ünvanı tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulduğu və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi üçün heç yerdə iş tapa bilmir. Ona görə də heç bir gəlir yeri yoxdur və borcunu qaytara bilmir. Qeyd edilənlərə əsasən, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, borclunun Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən ona 51650 manat borcu olduğu halda uzun müddətdir ki, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan qərəzli şəkildə boyun qaçırır. Borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə borclu barəsində qanunla müəyyən olunmuş qaydada ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 54500 ABŞ dolları alınaraq X2 ödənilməlidir. İş materiallarına əlavə edilən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-288/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 ödənilməmiş borcu vardır. Eyni zamanda borclu Şəxs həmin icra sənədini qərəzli şəkildə icra etmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Buna baxmayaraq icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında icra sənədi üzrə borcunu məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən iş tapa bilmədiyi və başqa gəlir mənbəyinin olmadığı üçün ödəyə bilmədiyini bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar