Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2304/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana, otaq 57 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərdə X5 mebel satmaq adı ilə aldadıb 500 (beş yüz) manat pulunu, xx.xx.2023cü il tarixdə X2 ünvanına çatdıqda ödəyəcəyini deyib aldadaraq 45 (qırx beş) manat pulunu ələ keçirib xırda talama etmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, heçbir yerdə işləmədiyi üçün və maddi vəziyyəti çətin olduğu üçün başqa-başqa şəxsləri aldadıb dələduzluq yolu ilə pullarını ələ keçirir. Belə ki, “Tik-tok” sosial şəbəkəsində vasitəsçi şəxslər var. Həmin şəxslərlə əlaqə saxlayaraq özünü mebel ustası kimi təqdim edir və həmin sosial şəbəkədə vasitəçinin profil hesabında yerləşdirilmiş elanda onun nömrəsi qeyd olunur. Bu qaydada xx.xx.2023cü il tarixdə tanımadığı və sonradan adının Elgün olduğunu öyəndiyi bir nəfər şəxs onun istifadəsində olan 051 ***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb mebel sifariş etmək istəmişdir. O, ona yalan danışaraq Bakı şəhəri, Pirallahı rayonu ərazisində mebel sexində işlədiyini demişdir. Sonra həmin şəxsə beh göndərməsini və istifadəsində olan 051 ***-**-** mobil nömrəsinin “M10” tətbiqinə 500 (beş yüz) manat pul göndərməsini demişdir. Həmin şəxs xx.xx.2023-cü il tarixdə ona 300 (üç yüz) manat, xx.xx.2023- cü il tarixdə isə 200 (iki yüz) manat pul göndərmişdir. O da bundan sonra həmin şəxsin nömrəsini blok edərək onunla əlaqəni kəsib 500 (beş yüz) manat pulunu ələ keçirmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə istifadəmdə olan 055 ***-**-** mobil nömrəsi ilə taksi sifariş etmiş, bir neçə dəqiqə sonra ona zəng edən taksi sürücüsünə onun kart hesabına 45 (qırx beş) manat pul göndərməsini və ünvana çatdıqda həmin pulu ona verəcəyini demişdir. Həmin şəxs də 45 manat pulu ona göndərdikdən sonra onun nömrəsini də blok edib 45 (qırx beş) manat pulu ələ keçirmişdir. Dələduzluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Etdiyi əməldən peşman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə internetdə «TikTok» sosial şəbəkəsində bir səhifədə mebel satışı barədə elanı görüb, həmin elanda olan 051 ***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs Bakı şəhəri, Pirallahı rayonu ərazisində mebel sexi işlətdiyini və mebel sifarişi ilə bağlı ilkin ödəniş kimi pul göndərmək lazım olduğunu bildirdiyi üçün xx.xx.2023-cü il tarixdə saat 13:25 radələrində mobil telefonunda olan «M10» tətbiqi vasitəsilə həmin ödəmə sistemində 099 ***-**-** nömrəsi ilə qeydiyyatdan keçdiyi hesabdan həmin şəxsin ona göndərdiyi «M10» ödəmə sistemində 051 ***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmiş, hesaba 300 (üç yüz) manat pul göndərmişdir. Bundan sonra əlavə mebel sifariş etdiyi üçün eyni qaydada xx.xx.2023-cü il tarixdə saat 14:56 radələrində həmin şəxsin «M10» hesabına 200 (iki yüz) manat pul göndərmişdir. Həmin şəxs xx.xx.2023-cü il tarixdə sifarişlərin ünvanına çatdıralacağını bildirsə də, sonradan mobil nömrəsini əngəlləmiş və onunla əlaqə saxlamadığı üçün aldandığını başa düşərək xx.xx.2023-cü il tarixdə DİN-in «102» Xidmətinə, sonra isə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə müraciət etmişdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona qarşı dələduzluq edilərək 45 (qırx beş) manat pulunun ələ keçirilməsi ilə bağlı səhhəti ilə əlaqədar olaraq keçiriləcək məhkəmə iclasında iştirak edə bilmir, ona dəyən maddi ziyan ödənilməmişdir, şikayətçidir və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi ixahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarlardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş və faktda xırda talama faktının yəni, Azərbacan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətanın törədilməsi Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 26 sentyabr 2023-cü il tarixdən, saat 21:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslər X6 və X3 vurulmuş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2304/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2304/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver