Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2305/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı İdris Tahirovun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, vət.Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən özbək malları mağazasında işləyən qadınları söyüb səs-küy salıb ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı İdris Tahirov bildirdi ki, daxil olmuş şikayət ərizəsi ilə əlaqədar vətəndaş barəsində protokol tərtib edilmişdir. Belə ki, vət.Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən özbək malları mağazasında işləyən Naibə və Könül adlı xanımları söyüb səs-küy salıb ictimai qaydanı pozmuşdur. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, qeyd olunan tarixdə əmisi oğlu ilə geyim almaq üçün həmin mağazaya girmişlər. Paltara baxarkən üzərində ölçü olmadığından satıcını çağırıb soruşmuş, satıcı da paltarın üzərində ölçü olduğunu demiş, o, bir daha olmadığını bildirdikdə satıcı gəlib baxmış, paltarın üzərində ölçü olmadığını görüb yoxdur deyərək paltarı kənara atmışdır. Daha sonra Könül xanım gəlmiş, müdir olduğunu bildirərək ondan nə istədiyini soruşmuş, uca səslə danışmışdır. O, yenə də paltarı alaraq mağazadan çıxıb getmişdir. Səhv etmişdirsə buna görə üzr istəyir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xətanı törətmiş şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, hadisənin baş verdiyi mağazanın müdiridir. Qeyd olunan tarixdə o, həmin şəxsin mağazada satıcı işləyən xanımla mübahisə etdiyini görmüş, yaxınlaşdıqda şəxsin paltarın ölçüsünü verməsini satıcıdan tələb etdiyini, satıcının ölçü olmadığını bildirdiyini, lakin şəxsin təkid etdiyini, daha sonra müdirin çağırılmasını dediyini görmüş, ona yaxınlaşaraq müdir olduğunu demiş, şəxs də ona belə müdir olanın satıcısı da belə olar deyə bildirmiş, daha sonra onları təhqir etməyə başlamışdır. O, həmin şəxsə paltar satmaq istəmədiyini, mağazanı tərk etməsini bildirsə də şəxs israrla paltar alıb mağazadan çıxıb getmişdir. Mağazanın hər iki mərtəbəsində kameralar vardır. Lakin aşağı mərətəbədəki kameralarda səs yazısı yoxdur. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, qeyd olunan tarixdə iki nəfər şəxs mağazaya yaxınlaşmış, ondan paltarın ölçüsünü istəmiş, o, həmin ölçünün olmadığını, başqa modellərə baxmasını bildirmiş, şəxs səs-küy yaratmış, müdirin çağırılmasını tələb etmiş, Könül xanım gəldikdə ona belə müdir olanın satıcısı da belə olar deyə bildirmiş, onları təhqir etməyə başlamış, Könül xanım onlara paltar satmaq istəmədiyini, mağazadan çıxmalarını bildirmiş, o, təhqir etməyə davam etmiş, daha sonra paltar alaraq mağazanı tərk etmişdir. Həmin vaxt mağazada başqa şəxslər də olmuşdur. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, qeyd olunan tarixdə həmin mağazada olmuşdur. Belə ki, həmin mağazada işləyən xanımlar onun rəfiqələridir. Hadisə baş verən zaman o, kassirin yanında oturmuşdur. Belə ki, mağazaya iki nəfər şəxs daxil olmuş, yüksək səs tonuyla satıcını çağırmış, paltarın ölçüsünü istəmiş, satıcı da ölçü olmadığını bildirdikdə həmin şəxs müdirin çağırılmasını tələb etmiş, Könül xanım gəldikdə şəxs onunla kobud danışmağa, daha sonra təhqir etməyə başlamışdır. Könül xanım onlara mağazanı tərk etməsini, polis çağırcağaını bildirdikdə onlar mağazanı tərk etmişlər. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması özünün qismən ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, yaşını, inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2305/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2305/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver