Məhkəmə qərarları › İş №3(060)-2305/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2305/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2305/2025 22.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Bayramov Elnur Məhərrəm oğlunun iştirakı ilə, Bayramov Elnur Məhərrəm oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı X2 Məhərrəm oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Bayramov Elnur Məhərrəm oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsindən görünür ki, İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Bu cərimə ilə razı deyil, hadisə o dairəyə girmək istədikdə qabağına da başqa maşın geri dönüş etdiyi üçün o, dayanmalı olmuşdur. Dairəyə istəyən başqa maşının dayandığı üçün yol polisi bunu onun qarşısına çıxdığı kimi bildirmiş və ona cərimə yazmışdır. O, bildirir ki, qarşıda geriyə dönmə edən maşın səbəbindən oldu. Buna məhəl qoyulmayaraq cərimə yazılmışdır. Polis maşının ona təqdim etdiyi video görünüşdə aydın bilinmir. İXP ******* saylı xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Bayramov Elnur Məhərrəm oğlu bildirdi ki, Nərimanovla Azərrbaycan prospektinin kəsişməsində dairəvi yol mövcuddur. O, Zeytun aptek istiqamətindən sağ tərəfə, yəni “Bazar” istiqamədinə dönmək istəmişdir. Bu zaman onun qarşısında olan avtomobil geriyə hərəkət etmiş, o da yerində dayanmalı olmuşdur. Həmin bu anda o, digər tərəfdən gələn avtomobilin yoluna çıxmış kimi vəziyyət yaranmışdır. Polis əməkdaşı tərəfindən ona hadisənin görüntüsü göstərilmişdir. Qarşısında olan avtomobil geriyə hərəkət etməsəydi bu hal baş verməzdi. Qeyd etdiklərinə əsasən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bayramov Elnur Məhərrəm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 42-ci maddəsinə əsasən XV bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. - 75-ci maddəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə “Nissan X-Trail minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bayramov Elnur Məhərrəm oğlu, yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş hadisəni özündə əks etdirən görüntülərin olduğunu diskə baxış keçirilən zaman Bayramov Elnur Məhərrəm oğlu tərəfindən inzibati xətanı törətməsini bir daha öz təsdiq etmişdir. Məhkəmə Bayramov Elnur Məhərrəm oğlunun təqsirini etiraf etməməsi, inzibati xətanın onun tərəfindən törədilməməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, ifadəsi özünümüdafiə xarakteri daşıyır, inzibati məsuliyyətdən azad olunmaq üçün heç bir sübuta söykənməyən uydurma dəlillərlə inzibati xətasını pərdələmək məqsədi daşıyır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Bayramov Elnur Məhərrəm oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Bayramov Elnur Məhərrəm oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bayramov Elnur Məhərrəm oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən Bayramov Elnur Məhərrəm oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar