Məhkəmə qərarları › İş №3(060)-2309/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2309/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2309/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin xx.xx.2023-cü il tarixli EQ 16733033 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin xx.xx.2023-cü il tarixli EQ 16733033 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətə avtomobilə dair sənədlər və yaşayış yerindən arayış əlavə edilmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 27 sentyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, həmin şikayətə qərarın surəti əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə hesab edir ki, X2 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarın təqdim edilməməsi onun qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri mümkünlüyü həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Odur ki, X2 özünün barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq, qərarın surətini əlavə etməklə, şikayətində inzibati xəta haqqında iş üzrə qərarı qeyd etməklə, yenidən şikayətlə inzibati xətanın baş verdiyi yer üzrə, ya da Qanunda göstərilən aidiyyat qaydalarına əməl etməklə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 132ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası DİN-nin xx.xx.2023-cü il tarixli EQ 16733033 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar