Məhkəmə qərarları › İş №3(060)-231/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-231/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-231/2021 25.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Mirzəyev Mehdi Məmmədşah oğlunun iştirakları ilə, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.01.2021-ci il tarixli MN ******* saylı Qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mirzəyev Mehdi Məmmədşah oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Məmmədşah oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.01.2021-ci il tarixli MN ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Mirzəyev Mehdi Məmmədşah oğlu izahatında bildirdi ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 11.01.2021-ci il tarixli Qərarla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Həmin qərarla razılaşmır. Belə ki, o, əmək müqaviləsi ilə AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində istilik xətti üzrə təmirçi-çilingər işləyir. İş yeri Müdafiə Nazirliyinə aid olduğundan adı portalda (AR ƏƏSMN-nin elektron informasiya sistemində) qeyd edilməmişdir. İnzibati xəta haqqında protokol tərib olunarkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o, N saylı hərbi hissədə işləmişdir. Bunu iş yeri üzrə rəhbərlik də təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən AR Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri tərəfindən tərtib olunmuş və imzalanmış N.12.2020-ci il tarixli 1319 saylı arayışı da təqdim etmişdir. Lakin polis nəfəri buna məhəl qoymayıb onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini və “İnzibati tənbeh vermə haqqında” 11.01.2021-ci il tarixli Qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 11.01.2021-ci il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş 11.01.2021-ci il tarixli, MN ******* №li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Mirzəyev Mehdi Məmmədşah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş N.12.2020-ci il tarixli arayışdan görünür ki, Mirzəyev Mehdi Məmmədşah oğlu, həqiqətən də, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində istilik xətti üzrə təmirçiçilingər vəzifəsində işləyir və təcridolunma müddətində hər gün işə cəlb olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Mirzəyev Mehdi Məmmədşah oğlunun qərardan şikayəti təmin edilməlidir. Belə ki, o, həqiqətən də Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində istilik xətti üzrə təmirçi-çilingər vəzifəsində işləmiş və təcridolunma müddətində hər gün işə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq İXM Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Mirzəyev Mehdi Məmmədşah oğlu barəsində Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 11.01.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N1, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Mirzəyev Mehdi Məmmədşah oğlunun şikayəti təmin edilsin. Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən Mirzəyev Mehdi Məmmədşah oğlu barəsində qəbul edilmiş 11.01.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən N (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar