Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-231/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24408197 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24408197 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Məhəmmədamin Eyubov şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında EQ 24408197 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhəmmədamin Eyubov şikayətini onunla əsaslandırmışdır ki, o, inzibati xəta törətdiyi üçün 30 sentyabr 2024-cü il tarixdə sürücülük hüququndan məhrum olunmuşdur. Qeyd edir ki, anası X3 adına olan “Hyundai Tucson” minik markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili, atası X4 etibarnamə əsasında idarə etmişdir. Anası həmin avtomobili idarə etmək üçün ona da etibarnamə vermişdir. Lakin anası onun sürücülük hüququndan məhrum olduğunu bilmədiyi üçün etibarnaməni ləğv etdirməmişdir. Atası sözü gedən avtomobili 29 oktyabr 2024-cü il tarixdə həmin avtomobillə işə gedərkən yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmış, nəticədə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin avtomobilə dair sonuncu etibarnamə onun adına olduğu üçün sürücülük hüququndan məhrum olunmasına baxmayaraq DİN BDYPİ-nin rəis müavini, polis polkovnik leytenantı Pərvin Səfərəliyev tərəfindən barəsində 29 oktyabr 2024-cü il tarixli, EQ 24408197 saylı inzibati cərimənin tətbiqi barədə qərar qəbul edilmiş, 400 manat cərimə edilmişdir. Həmin qərar əsassız və qanuna ziddir. Çünki o, həmin vaxt avtomobili idarə etməmişdir. X7 mobil telefonunda olan mobil tətbiqə protokol yazılması barədə məlumat daxil olan vaxt o, və atası ayrı-ayrılıqda Baş Dövlət Yol Polis İdarəsinə elektron müraciət ünvanlayaraq avtomobili X7 idarə etməsi barədə məlumat verərərək yenidən qərar qəbul edilməsi barədə xahiş etmişlər. Lakin buna baxmayaraq orada heç bir araşdırma aparılmamış və müraciətinə heç bir əsaslı cavab verilməmişdir. Ona görə də hesab edir ki, araşdırılma aparılmadığı üçün inzibati cərimənin tətbiqi barədə qəbul edilmiş həmin qərar əsassız hesab edilərək ləğv edilməli, hesablanmış cərimə silinməli və X7 törətdiyi qayda pozuntusu ilə bağlı qərar qəbul edilməsi üçün aidiyyəti üzrə BDYPİ-nə müraciət edilməlidir. O, bu hadisədən sonra mobil telefonuna SMS Radar mobil tətbiqini yükləmiş, həmin tətbiqdə olan video və foto görüntülərdə avtomobili həmin tarixdə X7 idarə etdiyi bir daha öz təsdiqini tapmışdır. Mobil tətbiqində olan videogörüntü və fotoşəkilləri də sübut növü kimi ərizəsinə əlavə etmişdir. Mübahisələndirdiyi 29 oktyabr 2024-cü il tarixli, EQ 24408197 saylı qərarın ləğv edilməsini, avtomobili həmin vaxt idarə etmiş X7 məsuliyyət məsələsinin həll edilməsi üçün BDYPİ-nə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Məhəmmədamin Eyubov şikayətinə uyğun izahat verərək bildirdi ki, 29 sentyabr 2024-cü il tarixdə onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Sürücülük hüququ məhdudlaşandan sonra ümumiyyətlə avtomobil idarə etməmişdir. X8 avtomobili idarə edərkən surət həddini aşmış, lakin sonuncu etibarnamə onun adına olduğu üçün məsuliyyətə o cəlb edilmişdir. Hesab edir ki, avtomobili həmin an atası idarə etdiyi üçün inzibati məsuliyyətə də, atası cəlb edilməli idi. Qərar əsassız olaraq onun barəsində qəbul edilmiş, bu səbəbdən ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Məhəmmədamin Eyubov EQ 24408197 saylı, xx.xx.2024-cü il tarixli qərarla İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında təqdim edilmiş 01 ədəd DVD diskdə olan olan görüntüyə baxış keçirilmiş, baxış zamanı “Hyundai Tucson” minik markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili Məhəmmədamin Eyubovun idarə etmədiyi müəyyən edilir. Bundan başqa şikayət əlavə edilmiş fotoşəkilə nəzər yetirdikdə surət həddinin məhz qərardan şikayət verən şəxs Məhəmmədamin Eyubov tərəfindən aşılmadığı müəyyən edilir. Fotəşəkilə diqqətlə nəzər yetirdikdə sükan arxasında orta yaşlı bir nəfər kişi cinsindən olan şəxsin oluduğu müəyyən etmək olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Həmin məcəllənin 332.3-cü madddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Həmin məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması göstərilmişdir. Məhkəmə hesab edir ki, Məhəmmədamin Eyubovun sürücülük hüququ xx.xx.2024-cü il tarixdə məhdudlaşdırılsa da, İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın onun tərəfindən törədilməsi DVD diskdə olan görüntüyə və fotoşəkilə baxış keçirilməsi nəticəsində müəyyən etmək mümkün olmamışdır. Fotoşəkilə baxış keçirilərkən sükan arxasında Məhəmmədamin Eyyubovun deyil, məhz orta yaşlı kişi cinsindən olan bir nəfər şəxsin olduğu müəyyən edilir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata eyni zamanda təqsirlilik sübuta yetirilmədikdə xitam verilir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Məhəmmədamin Eyubov barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmş EQ 24408197 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi xx.xx.2024-cü il tarixdə SmartRadar xüsusi texniki vasitə ilə yolda müəyyən edilmiş hərəkət surətinin 11 km/saat həddində aşılması müəyyən edilmişdir. Belə olan halda qayda pozuntusu törətmiş şəxs müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, qərardan şikayət verən şəxs Məhəmmədamin Eyyuboun atası xx.xx.1972-ci il təvəllüdlü Ruslan Eyyubovun və ya digər şəxsin həmin inzibati xətanın törədilməsində təqsirli olub-olmamasının araşdırılması Azərbaycan Respublikası DİN BDYPİ-nə tapşırılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə cərimə olunmasına dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmş EQ 24408197 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, M.Sənani küçəsində qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü Ruslan Eyyubovun hərəkətlərində inzibati xəta tərkibinin olub-olmaması hissəsində araşdırılma aparılması Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. 01 ədəd DİSK inzibati xəta haqqında iş materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-231/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-231/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver