Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2310/2024 20.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin polis sahə rəisi, polis leytenantı X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Saatlı rayonu, Çadır şəhərciyi kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, fərdi evdə 23:30 radələrində baş vermiş mübahisə zamanı X3 döyərək sol göz ətrafının qançırı xəsarəti yetirərək, döymüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin polis sahə rəisi, polis leytenantı X9 məhkəmədə izahat verərək inzibati xəta haqqında işə baxılıb qanunla müəyyən edilmiş qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, döydüyünü qəbul edir və etdiyi əməldən peşmandır. X4 qaldığı ata evinin qarşısında vurmuşdur. Bu zaman yanlarında sadəcə uşağı var idi. Ətrafda başqa heç kəs olmamışdır. Aralarında yaşanan mübahisə zamanı X2 şillə vurmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, inzibati xəta törədən şəxs onun keçmiş həyat yoldaşıdır. Mübahisə evin qarşısında baş vermişdir. Bu döyülmə halı ilk dəfə deyildir. Bununla belə o, şikayətçi deyil və keçmiş həyat yoldaşı ilə barışmaq niyyətindədir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 sentyabr 2024-cü tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş və qərarın surəti barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1569 saylı rəyə əsasən X1 bədəni üzərində sol gözünün ətrafı qançırı xəsarəti vardır. Qeyd olunan xəsarət küt əşya tərəfindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən günə qədər olmaq xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri, onun öz etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmişin ifadəsi və xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 39.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 157-ci və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta törədən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Lakin məhkəmə inzibati xəta törədən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №3(060)-2310/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2310/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver