Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2310/2025 29.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs (VÖEN: **********), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seiyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları M.Şabəddinov və N.Hüsüyev tərəfindən ünvan 2 ünvanında yerləşən və Şəxs fəalliyyət göstərdiyi “Voretx Vape” adlı sahibkarlıq obyektinin fasadında müvafiq icazə olmadan 7,42 kvadrat metr reklam yerləşdirilməsi müəyyən olunmuş və bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “Vortex Vape” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs barəsində xx.xx.2025-ci il tarixdə akt tərtib olunaraq, xx.xx.2025-ci il tarixdə yazılı göstərişlə göndərilmiş və ona göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində icazəsiz reklam yayımının dayandırmağı, həmçinin müvafiq icazənin alınması tələb olunmuş, lakin sahibkar buna heç bir əhəmiyyət verməmişdir. Daha sonra, 11 sentyabr 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Vortex Vape” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Protokolun surəti xx.xx.2025-ci il tarixli, 11-3-2/2-1504/2025 nömrəli məktubla ünvana göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, reklam idarəsinin əməkdaşları onun barəsində qərəzli olaraq protokol tərtib etmişlər. Belə ki, o, dəfələrlə reklam agentliyinə VAPE reklamına görə dövlət rüsumunu ödəmək üçün yaxınlaşsa da, agentlikdən həmin sözün qadağan olduğu üçün sistemdə ödəniş edilməsinin mümkün olmadığını bildirmişlər. O, həmin sözün hansı əsaslarla qadağan olunduğunu öyrənməyə çalışsa da, agentliyin əməkdaşlarından heç bir cavab almamışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 000627 saylı aktdan görünür ki, Şəxs (VÖEN: **********) ünvan 2 küçəsində yerləşən “Vartex Vape” adlı sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbini pozaraq açıq məkanda icazə sənədi olmadan qanunsuz reklam daşıyıcısı, ümumi sahəsi 7,42 m2 olmaqla yerləşdirmiş və yayımlamaqdadır. İş materiallarında olan Sumqayıt Regional Reklam İdarəsinin Şəxs ünvanladığı xx.xx.2025-ci il tarixli yazılı göstərişdən görünür ki, ünvan 2 küçəsində yerləşən “Vartex Vape” adlı sahibkarlıq obyektində açıq məkanda yayımlanan reklamların yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 (beş) gün müddətində Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməsi tələb edilmişdir. Əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin müvafiq bəndi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan “Azər Poçt” poçt xidmətinə məxsus xəbərnamədən görünür ki, Sumqayıt Regional Reklam İdarəsinin göndərdiyi sənəd xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında fotoşəkillərdən görünür ki, həmin fotoşəkillər müvafiq olaraq xx.xx.2025-ci il tarixdə çəkilmişdir. Fotoşəkillərdə “Vortex Vape” adlı sahibkarlıq obyektinin üzərində böyük ölçülü reklam daşıyıcılarının olması müşahidə edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seiyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il saat 12:40-da ünvan 2 ünvanında yerləşən “Vortex Vape” adlı sahibkarlıq obyektinin üzərində ümumi sahəsi 7,42 m2 olan reklam daşıyıcıları açıq məkanda icazə sənədi olmadan yerləşdirilmiş və yayımlanmaqdadır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs ünvan 2 ünvanında yerləşən “Vortex Vape” adlı sahibkarlıq obyektində fəaliyyət göstərmişdir (VÖEN: **********). Həmin obyektin üzərində 7,42 m2 reklam daşıyıcısının olmasına görə xx.xx.2025-ci il tarixdə Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş və fotoşəkil çəkilmişdir. Sumqayıt Regional Reklam İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs yazılı göstəriş göndərilərək açıq məkanda yayımlanan reklamların yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 (beş) gün müddətində Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməsi tələb edilmişdir. Əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin müvafiq bəndi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi nəzərinə çatdırılmışdır. Həmin göstəriş poçt vasitəsi ilə rəsmi qaydada xx.xx.2025-ci il tarixdə Şəxs çatıdırılmışdır. Lakin, Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq beş gün müddətində göstərişdə olan tələbləri yerinə yetirməyərək reklamların yayımının dayandırmamış və müvafiq icazənin alınması üçün Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməmişdir. Bu səbəbdən də əvvəlcədən rəsmi qaydada məlumatlandırılmaqla onun barəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü müdafiə xarkterli izahatında bildirmişdir ki, reklam idarəsinin əməkdaşları reklamın yığışdırılması ilə bağlı ona heç nə deməmişlər, o isə qanunvericiliyin tələbini bilmədiyi, həmçinin yazılı şəkildə ona göndərilmiş sənədi oxumadığı üçün göstərişlərə əməl etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin normativ hüquqi aktların məsuliyyət müəyyən edən normalarını bilməməsi yaxud ona göndərilmiş rəsmi xəbərdarlığı oxumaması inzibati xəta haqqında iş üzrə məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, Şəxs adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2310/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2310/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver