Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2311/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Yarışev Teyyub Əyyub oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X4 Əyyub oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 Əyyub oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilərək hesablanmış cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə AR 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri İnzibati Xəta haqqında MN № ******* nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilən hallar həqiqətə uyğun deyil. Protokolda guya o, Sumqayıt şəhəri, Corat qəsəbəsində fəaliyyət göstərən "Röya" restoranın sahibi, yəni ona 4 saylı RETSİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, G- MG/4324-019 saylı icrası məcburi göstərişin yerinə yetirilməməsi, restoranın tüstü bacasına qaz toz tutucu təmizləyici qurğu quraşdırmamışdır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN №0024957 nömrəli qərara əsasən, "Röya" restoranın vəzifəli şəxsi kimi o, AR İXM-nin 541-ci maddəsinə əsasən, 3000 manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən də heç bir araşdırma aparılmayıb. Qərarın surətini xx.xx.2024-cü il tarixdə almışdır. Bu qərarın qəbul olunmasına səbəb olan əvvəli "inzibati tənbeh vermə haqqında" xx.xx.2024-cü il tarixli, MN №1784808 nömrəli qərar hal-hazırda tərəfindən məhkəmə qaydasına mübahisələdirilir, növbəti məhkəmə iclası xx.xx.20204-cü il tarixə təyin edilmişdir. Yəni həmin qərar əgər məhkəmə tərəfindən ləğv edilsə, bu qərarın heç bir əhəmiyyəti qalmayacaq. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Nəzərinizə çatdırır ki, hal-hazırki dövrdə şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. Çünki restoran hal-hazırda təmirdədir, həmçinin protokol onun tərəfindən imzalanmamışdır və bu barədə idarənin əməkdaşları tərəfindən akt da tərtib edilməmişdir. Yuxarıdakılara əsasən AR 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "Röya" restoranına qarşı tərtib edilmiş İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN №0024957 nömrəli qərarın ləğv edərək, hesablanmış cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Yarışev Teyyub Əyyub oğlu şikayət ərizəsində qeyd olunanları müdafiə edərək bildirdi ki, restoran onun mülkiyyətində deyildir, oğlunun adındadır, onun VÖEN-ni bağlıdır. Protokol 01 iyun 2024-cü il tarixdə yazılmışdır. O, Çernobil əlili olduğundan sanatoriyaya gedir, buna görə gec məlumatı olmuşdur. Ona COP 29 tədbirinə görə yoxlama apardıqlarını bildirmiş, daha sonra orada tüstü olması barədə şikayət olduğunu bildirmişlər. Ona nə üçün tüstü qurğusu quraşdırmadığını soruşmuş, o da müddət verilərsə həmin qurğunu quraşdıracağını bildirmişdir. Ona müddət verilmədən cərimə qərarı yazmışlar. Heç bir halda cərimə ona yazıla bilməz. Belə ki, həmin obyekt onun mülkiyyətində deyildir, bu işin ona aidiyyatı yoxdur. Ailə üzvü olan oğlu həmin yeri işlətdiyindən xəbardardır ki, restorana qurğunun quraşdırılması üçün oğlu tərəfindən icarə müqaviləsi bağlanmışdır və qurğu quraşdırılacaqdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi X5 bildirmişdir ki, vətəndaş şikayəti əsasında araşdırma aparılmış və Yarışev Teyyub Əyyub oğlu barəsində İXM-nin 233.1 və 541-ci maddələri ilə protokol tərtib olunmuşdur. Yarışev Teyyub Əyyub oğlu VÖEN-ni təqdim edib və izahat vermişdir. Yarışev Teyyub Əyyub oğlu həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş və həmin iş məhkəmənin icraatındadır. Hazırda baxılan İXM-nin 541-ci maddəsi ilə olan işin mahiyyəti isə ondan ibarətdir ki, protokol tərtib olunan zaman məcburi göstərişlər verilmiş və bir ay müddət müəyyən edilmişdir ki, qurğu quraşdırılsın. Həmin bir ay müddət ərzində qurğu quraşdırılmadığından İXM-nin 541-ci maddəsi ilə şərti cərimə qərarı qəbul edilmiş və əlavə yenidən 30 gün vaxt verilmişdir. Həmin müddət qərar şəxsə çatdığı gündən hesablanır. Əgər şəxs bu müddət ərzində qurğunu quraşdırarsa şərti qərar xitam olunur. Lakin şəxs qərarı ona görə mübahisələndirmişdir ki, həmin məcburi göstərişlər o şəxsə verilməli deyildir, onun ümumiyyətlə bu işə aidiyyatı yoxdur. Lakin hər bir halda həmin qurğu quraşdırılmasa mülkiyyətçi cərimə olunacaqdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarla Yarışev Teyyub Əyyub oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli qeydiyyat tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, 46 nömrəli həyətyanı sahə X2 mülkiyyətindədir. Məhkəmə şikayətçinin və nümayəndənin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xətanın baş verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, 46 nömrəli həyətyanı sahə Yarışev Teyyub Əyyub oğluna deyil, başqa şəxsə məxsusdur. Protokol tərtib edilərkən qeyd olunan xüsusat araşdırılmamış, Yarışev Teyyub Əyyub oğlunun qeyd olunan inzibati xətaya aidiyyatı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayətdə göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yarışev Teyyub Əyyub oğlunun şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2311/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2311/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver