Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2311/2025 08.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs açıq məkanlarda reklam yerləşdirilməsi üçün müraciət etmiş, onunla xx.xx.2025-ci il tarixədək müqavilə bağlanmış, lakin yayım haqqı və reklam icazəsi üçün ödənilməli olan ödənişləri etməmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdən sonra da açıq məkanda reklam yerləşdirmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə göndərib, bildirmişdir ki, barəsində protokol tərtib edilmiş Şəxs qarşı tələb və şikayətləri yoxdur. O, inzibati xətanı aradan qaldırdığı üçün protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs izahatında bildirmişdir ki, onlar Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsindən ödəniş üçün vaxt verilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixdə bütün ödənişlər ödənilmişdir. Onun yayım haqqı və açıq məkanda reklam yerləşdirməyə görə icazə üçün heç bir borcu qalmamışdır. Məhkəmədən qərar qəbul edilərkən qeyd edilən halın nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən yazılmış və məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, sahibkar reklam yayımlanmasına görə borcunu ödəmiş, yenidən açıq məkanda reklam yerləşdirmək üçün müqavilə bağlamış və vergi və rüsumlarını ödəmişdir. Beləliklə, barəsində protokol tərtib edilmiş Şəxs qarşı tələb və şikayətləri yoxdur. Gec də olsa sahibkar inzibati xətanı aradan qaldırmışdır. Bu səbəbdən də, protokolun geri qaytarılması barədə qərardad çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsini ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılmadan inzibati xəta haqqında protokol tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-in 114-cü maddəsinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2311/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2311/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver