Məhkəmə qərarları › İş №3(060)-2313/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2313/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2313/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1948-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində “Hyundai Santafe minik” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Sülhü küçəsi ilə Sumqayıt şəhərinin çıxışı istiqamətində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs məxsus Kia Ceed markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sonuncunun sağlamlığına yüngül bədən xəsarəti və avtomobilə maddi zərər yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:16 radələrində sürücü idarə etdiyi “Hyundai Santafe” markalı avtomaşınla Sumqayıt şəhəri Sülh prospekti ilə hərəkət edib Bakı yolunun kəsişməsində hərəkətdə olarkən qarşıdakı nəqliyyat vasitəsi anidən tormozlanma edərkən qarşıdakı avtomobillə toqquşmuş, nəticədə Kia Ceed markalı avtomobilə maddi zərər, onun sürücüsünə yüngül bədən xəsarəti yetirmişdir. Buna görə də şəxsin barəsində İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilir, lakin digər avtomobilin sürücüsünün də təqsiri olmuşdur. Məhkəmə tərəfindən veriləcək qərarla razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İş materilallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, 10 avqust 2024-cü il tarixdə Bakı şəhərinə gedərkən yolda maşınını saxlayıb digər maşınlara yol verərkən Şəxs idarə etdiyi avtomaşınla onun avtomaşınını arxa tərəfdən vurmuşdur. Təhqiqatda verdiyi ifadəsini təsdiq edir. Növbəti məhkəmə iclaslarına gələ bilməyəcəkdir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X3 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbu edilmiş və qəbul edilmiş qərarın surəti Hyundai Santafe markalı **- OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6-cı və 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1373 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ gicgah-ənsə nahiyyəsinin geniş ölçülü qançırı” xəsarətləri vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 10.08.24-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300.00 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar