Məhkəmə qərarları › İş №3(060)-2313/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2313/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2313/2025 07.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərid Nəsimiyev Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 15 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs X7 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 28432/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 28432/2025 nömrəli xəbərdarlıq məktubu və Asan ödəniş sistemi üzrə çıxarış ilə təsdiq edilir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Şəxs MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən DƏMX nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X4 cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarla X7 3000 manat cərimə edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmiş və MMC-nin "xxxx" ödəniş sistemində olan şəxsi kabinetinə yerləşdirilmiş, lakin həmin qərarın icrası təmin olunmamışdır. Müəyyən edilmişdir ki, X7 həmin MMC-də işləyir və aktiv əmək müqaviləsi var. xx.xx.2025-ci il tarixli məktubla həmin qərar icra edilməsi üçün MMC-nin ünvanına göndərilmiş və İXM-in 150-ci maddəsinin tələblərinə əsasən X4 əmək haqqısından tutulmaların təmin edilməsi üçün müraciət edilmiş, lakin tələb yerinə yetirilməmişdir. Buna görə də Şəxs barəsində 529.1-1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar MMC-in "xxxx" ödəniş sistemində olan şəxsi kabinetinə yerləşdirilmişdir. Lakin, MMC-yə göndərilən məktubların onların ünvanına çatıb-çatmaması ilə bağlı məlumat əldə edə bilməmişlər. Həmçinin, bildirmişdir ki, məktub da MMC-in elektron kabinetinə ƏMAS sistemi üzərindən yerləşdirilmişdir. Eyni zamanda məktubun həmin ünvana çatmamasının icraata başlamamaq üçün əsas olmadığını bildirmişdir. Məhkəmədən Şəxs MMC barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 15 may 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, vəzifəli şəxs X7 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-28432/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü tarixli MN ******* nömrəli “inzibati tənbeh vermə” haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə X5 və X3 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X2 tərəfindən İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Şəxs MMC-in rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-28432/2025 nömrəli məktubdan görünür ki, borclu X4 (FİN: 27JR2B8) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən X4 cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Şəxs MMC-in rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-40102/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən "xxxx" MMC-nin direktoru X7 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən X4 əmək haqqından hər ay 50% olmaqla 3000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 7 gün ərzində Xidmətə yazılı formada məlumat verməyiniz barəsində 3-17-5/2-28432/2025 saylı xx.xx.2025-ci il tarixli məktubla müraciət olunmuşdur. Şəxs MMC cərimə məbləğinin ödənilməməsi səbəbindən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 11:00-da 3 saylı Bakı DOST Mərkəzinə (Nərimanov rayonu, Heydər Əliyev prospekt 183B) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərardadı ilə Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 529.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görəvəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı madəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 15 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, aşağıdakı nəticələrə gəlir. Məhkəmə qeyd edir ki, İXM-in 529.1-1ci maddəsinin dispozisiyasında həmin Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə qərarın icrası ilə əlaqədar tətbirlərin görülməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Şəxs MMC həmin subyektlərdən olsa da, İXM-in 150.1-ci maddəsi inzibati cərimənin ödənilməsi öhdəliyinin yaranması üçün inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə minməsi şərtini müəyyən etmişdir. xx.xx.2024-cü il tarixli DƏMX-in Bakı şəhəri İdarəsinin "xxxx" MMC-nin direktoru X7 barəsində İXM-in 192.1-ci maddəsi ilə tətbiq edilmiş MN1808352 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə minməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, qərar qanuni qüvvəyə mindiyi təqdirdə, Şəxs MMC-nin əməlində İXM-in 529.1-1-ci maddəsinin tərkib əlamətləri mövcud ola bilər. Bundan başqa məhkəmə, inzibati məsuliyyətin əsaslarını və hədlərini tənzimləyən prinsipləri rəhbər tutaraq qeyd edir ki, istənilən şəxsin məsuliyyətə cəlb edilməsinin yalnız maddi hüquq normalarının deyil, həm də prosessual hüquq normalarının, xüsusilə də məsuliyyətə cəlb etmə müddətlərinə dair tələblərin ciddi şəkildə gözlənilməsi şərtilə mümkündür. X1 şəxsin məsuliyyətə cəlb edilməsi üçün 4 ay (3 ay və ya 1 il) müddətin müəyyən edilməsinin əsas məqsədi ondan ibarətdir ki, qanunvericilik proqnozlaşdırıla bilən olsun və subyektləri qeyri-müəyyən müddət ərzində təqib təhlükəsi altında saxlamasın. Məhkəmə, İXM-nin 38.1-ci maddəsinə istinad edir. Həmin maddənin ikinci cümləsinə görə, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bu müddətin ötürülməsi, İXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati icraata xitam verilməsi üçün əsasdır. Belə ki, 15 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, təqdim edilmiş materiallar natamam olması, işə baxılarkən tamamlamaq mümkün olmaması əsası ilə inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmışdır. Lakin DƏMX-in Bakı şəhər idarəsi İXM-in 38-ci maddəsinın inzibati məsuliyyətə cəlb etmə ilə bağlı müddəalarının tələblərini nəzərə almadan, 15 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu, mahiyyətində xx.xx.2025-ci il tarixli məktuba istintad etməklə, 3 ay 13 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə yenidən Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Bununla da, inzibati məsuliyyətə cəlb etmə müddəti olan 4 aylıq müddət ötmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105.1, 114.1.4, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə birbaşa və ya Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar