Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2315/2020 02.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta həqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, X1 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X1 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə Sumqayıt-Saray yolunda, Məhəmməd Əsədov prospektində ona məxsus “Mercedes Benz” markalı avtomobillə hərəkət edərkən Saray körpüsü üzərindəki postda YPX inspektoru onu saxlamış və barəsində İXP ******* saylı protokol tərtib etmişdir. X2 Məcəlləsinin 211.2-ci maddəsi ilə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor buna məhəl qoymadan protokol üzrə qərar çıxarmışdır. xx xxxx 2020-ci il tarixdə “asanpay.az” saytında protokoldan şikayət etmişdir. Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsində özü dəvət edilmədən və iştirakı olmadan şikayətinə baxılmış və qərar qüvvədə saxlanılmışdır. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Onun verdiyi şikayətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xüsusi karantn rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə xx xxx 2020ci il tarixli qərarının 1.1-ci bəndinin şəxsi avtomobillərə tətbiq olunmadığını izah etmişdir. Baş Dövlət X5 İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuatda verdiyi açıqlamada bildirmişdir ki, şəxsi avtomobildə maska taxılması məcburi deyil və buna görə cərimə yazıla bilməz. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 şikayətini müdafiə etdi, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 15:51-də Saray körpüsü postunda “MERCEDES BENZ 280 MİNİK” markalı, 10KT688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. X3 fərdi nəqliyyat vasitəsini idarə edərkən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməmişdir. Fərdi nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməməsinə görə qanunvericilikdə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbəri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 189 №-li Qərarının 1.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X3 barəsində Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXMnin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasəninzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraqbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2315/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2315/2020
02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver