Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2315/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X5 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs - Məmmədova Ruhiyə Ağababa qızının etibarnamə üzrə nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 21 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Məmmədova Ruhiyə Ağababa qızı tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X8 Ağababa qızının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 21 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər 09.07.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs Məmmədova Ruhiyə Ağababa qızının etibarnamə üzrə nümayəndəsi X7 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Məmmədova Ruhiyə Ağababa qızının barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən 21 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. İnzibati xəta barədə qərar qəbul edilərkən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Həmin qərarla Məmmədova Ruhiyə Ağababa qızı İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Məmmədova Ruhiyə Ağababa qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Ən Ucuz” marketin direktorudur. 12.03.2021-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları guya marketin arxasında məişət tullantısının müəyyən olunmayan yerə atıldığı qeyd etmişlər. Belə ki, Məmmədova Ruhiyə Ağababa qızının tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə xidmət ilə SMQ 0211 Ne İl, 21.02.2021-ci il tarixli müqaviləsi də var. Həmin müqaviləyə əsasən, Məmmədova Ruhiyə Ağababa qızı Sifarişçi, tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti isə Podratçı adlandırılıb. Müqavilənin 3.1.1 maddəsi ilə razılaşdırılmış qrafik çərçivəsində müqavilədə qeyd olunan şərtlərlə tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi xidmətlərini göstərilmək nəzərdə tutulmuşdur. Buradan aydın olunur ki, cavabdeh təşkilat tərəfindən marketə baxış keçirilərkən belə artıq müqavilə mövcud idi. Həmçinin bundan əlavə olaraq “Səda Store” marketin Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB "xxxx" MMC ilə də 01.03.2021-ci il tarixli D/083 nömrəli müqavilə mövcuddur. Və həmin təşkilatlar zibil tullantılarını səhər tezdən yığırlar. Cavabdeh təşkilat tərəfindən marketə 12.03.2021-ci il tarixdə baxış keçirilərək protokol tərtib edilsə də, qərar 3 ay sonra 21.06.2021-ci il tarixdə çıxarılmışdır. X9 Ağababa qızı onun barəsində protokol tərtib edilməsindən məlumatsız olmuş və öz hüquqlarını sonadək realizə edə bilməmişdir. Buradan aydın görünür ki, edilən cərimə əsassız və qanunsuzdur. Məmmədova Ruhiyə Ağababa qızının protokolla bağlı bütün hüquqi sənədləri qaydasında olsa da, qanunazid şəkildə cərimə olunmuşdur. Belə ki, qərarda qeyd edilən hallar da cavabdeh təşkilat tərəfindən sübuta yetirilməmişdir. Ona görə də cavabdeh təşkilat tərəfindən qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi X2 izahat verərək bildirdi ki, 12.03.2021-ci il tarixdə 9-cu mikrorayon ərazisində yerləşən “Ən ucuz Market”-də məişət tullantıları qaydaları pozulduğu üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 21 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla həmin marketin direktoru Məmmədova Ruhiyə Ağababa qızı Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan MN ******* saylı, 21 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Məmmədova Ruhiyə Ağababa qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək görə barəsində 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, X3 barəsində tərtib olunmuş 12 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İş materiallarında olan 21.02.2021-ci il tarixli xidmət təhvil-təslim aktından görünür ki, X13 Az-F MMC və X3 arasında bağlanmış 9mk-0211 nömrəli müqaviləyə əsasən X13 Az-F MMC tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti göstərir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati orqan tərəfindən araşdırma səthi aparılmaqla tam araşdırılmamışdır. Buna görə də həmin halların mövcudluğu iş üzrə yekun nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallar, qeyd edilən normaların tələbi baxımından çıxış edərək və iş materiallarını araşdıraraq Məhkəmə belə nəticəyə gəlir ki, araşdırma barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsn hüquqları pozulmaqla həyata keçirildiyindən Məmmədova Ruhiyə Ağababa qızının şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 21 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 21 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Məmmədova Ruhiyə Ağababa qızı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Məmmədova Ruhiyə Ağababa qızı barəsində qəbul edilmiş MN ******* saylı, 21 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2315/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2315/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver