Məhkəmə qərarları › İş №3(060)-2316/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2316/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2316/2025 16.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 barəsində tərtib edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İXP ******* saylı, xx.xx.2025-cü il tarixli qərarın əsassız olmasını nəzərə alınaraq ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa X3 ərizə ilə müraciət xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan xx.xx.2025-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinə şikayət etmiş, həmin şikayət Kamran Qurbanlının ərizəsinə əlavə edilmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Şikayət ərizəsi məhkəməyə təqdim edilərkən X2 şikayətindən əlavə X1 müraciəti əlavə edilmişdir. İzah edilir ki, müxtəlif inzibati tənbeh vermə haqqına qərarlardan şikayətlər ayrı-ayrılıqda məhkəməyə verilməlidir. Bundan başqa izah edilir ki, X5 şikayətində xx.xx.2025-ci il tarixli İXP7310000 nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirdiyini qeyd etmiş, lakin həmin protokol inzibati tənbeh vermə haqqında qərar olmadığı üçün məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırılır ki, xx.xx.2025-ci il tarixli İXP7310000 nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi təqdirdə həmin qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək hüququnuz var. Həmçinin, məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın surətinin iş materiallarına əlavə edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə verilən şikayətə baxılmağa hazırlıq zamanı müəyyən etmişdir ki, mübahisələndirilən qərar şikayət ərizəsinə əlavə edilməmiş, şikayət inzibati xəta haqqında protokoldan verilmiş, bir şikayət ərizəsinə müxtəlif şəxslərin müraciətləri əlavə edilmişdir. Odur ki, qanunun qeyd olunan tələbini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şikayət ərizələri, ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Qərarın təsviri hissəsində qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət vermək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar