Məhkəmə qərarları › İş №3(060)-232/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-232/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-232/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24806372 nömrəli elektron qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24806372 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 şikayət verərək xx.xx.2024-cü il tarixli EQ 24806372 nömrəli, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, adına tərtib edilmiş qərar ləğv edilərək X8 həmin tarixdə avtomobil idarə edərkən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə həmin maddə ilə barəsində protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası DİN BDYPİ-nə gödərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o inzibati xəta törətdiyi üçün 28 noyabr 2024cü il tarixdə sürücülük hüququndan məhrum olmuşdur. Sürücülük hüququ olan vaxt anası X4 məxsus olan və idarə etdiyi BMW X-6 MİNİK markalı **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməsinə dair sürmək üçün etibarnamə vermişdir. X1 hüququndan məhrum olduğunu bilmədiyi üçün etibarnaməni ləğv etdirməmişdir. Anası sözügedən avtomobili 28 noyabr 2024-cü il tarixdə idarə edən zaman dayanma qaydasını pozmuşdur. Nəticədə onun anası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı pozmuşdur. Buna baxmayaraq sözügedən avtomobildə sonuncu etibarnamə onun adına olduğu üçün sürücülük hüququndan məhrum olduğundan Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini polis polkovnik-leytenantı Pərvin Səfərəliyev tərəfidən barəsində 28 noyabr 2024-ci il tarixli, EQ24806372 nömrəli 400 manat məbləğində inzibati cərimənin tətbiqi barədə qərar tərtib edilmişdir. Həmin qərar əsassız və qanuna ziddir. Çünki, o, həmin avtomobili idarə etməmiş və həmin qərar ilə tanış olmamışdır. X8 mobil telefonunda olan mobil tətbiqə protokol yazılması barədə məlumat daxil olan vaxt o və anası ayrı-ayrılıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə elektron müraciət ünvanlayaraq avtomobili X8 idarə etməsi barədə məlumat verərək cərimənin əvəzlənməsi barədə xahiş etmişlər. Lakin, buna baxmayaraq orada heç bir araşdırılma aparılmamış və müraciətə heç bir əsaslı cavab verilməmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirmişdir ki, 28 noyabr 2024-cü il tarixdə avtomobilin mülkiyyətçisi Zenfira Eyubova özünü yaxşı hiss etmədiyi üçün onun iştirakı ilə maşını özü idarə etmişdir. Dayanma-durma qaydaları onun tərəfindən pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə X2 şikayətinin dəlillərini, işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24806372 nömrəli elektron qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün DİN BDYPİ-nə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24806372 nömrəli elektron qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “BMW X-6” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil durma qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi İnzibati Xətalar Məcəlləsinin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs isə bildirmişdir ki, avtomobil onun tərəfindən idarə edilməmiş, qeyd edilən inzibati xəta onun tərəfindən törədilməmiş, DİN BDYPİ tərəfindən qeyd edilən hal araşdırılmamış və avtomobilin kimin tərəfindən idarə edilməsi müəyyən edilmədən, onun barəsində inzibati təhbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı inzibati tənbeh vermə haqqında elektron qərarda olan şəkillərdən də aydın şəkildə görünür ki, nəqliyyat vasitəsinin şəkili durma qaydalarını pozmağa görə nişanı ilə birlikdə çəkilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin elektron qərarda olan şəkillərlə İXM-nin həmin maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranmasını müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitəsini qeyd edilən yerdə saxlamaqla İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün mühüm faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş X12 İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24806372 nömrəli elektron qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar