Məhkəmə qərarları › İş №3(060)-2320/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2320/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2320/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 09 sentyabr 2022-ci il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən tərtib edilmiş 09 sentyabr 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Gömrük əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/003328 saylı xx.xx.2022-ci il tarixli raportda, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN:**********) ünvanına Çin Xalq Respublikasından daxil olmuş “Yük və minik avtomobilləri üçün rezin şinlər" yükü xx.xx.2022-ci il tarixli, **********1033 sorğu nömrəli l gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük idarəsində bəyan olunduğu, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 157-ci maddəsinə əsasən Şəxs MMC tərəfindən təqdim edilmiş **********1033 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təgdim olunan sənədlərin düzgünlüyünü yoxlanması zamanı xx.xx.2022-ci il tarixli **********1033 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 2-ci mal mövqeyində bəyan olunan “minik avtomobilləri üçün rezin şinlər” yükünün invoys dəyəri bəyannamənin 42-ci qrafasında 9900 (doqquz min doqquz yüz) ABŞ dolları göstərildiyi halda, həmin yükə aid xx.xx.2022 ci il tarixli **********8989 sorğu nömrəli QİB-in əlavə vərəqinin 2-ci mal mövqeyində bəyan olunan “minik avtomobilləri üçün rezin şinlər” yükünün invoys dəyəri bəyannamənin 42-ci qrafasında 99900 (doxsan doqquz min doqquz yüz) ABŞ dolları olduğu müəyyən edildiyi qeyd edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq, "İNTERŞİN” MMC tərəfindən Çin Xalq Respublikas indan GESU ******* nömrəli konteynerdə idxal etdiyi və Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixdə **********1033 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövgeyində “sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəyan edilən 440 ədəd “minik avtomobilləri üçün rezin şinlər” yükünün gömrük bəyannaməsi ilə birgə təqdim edilən sənədlərə uyğun olaraq faktiki gömrük dəyəri barədə Əməliyyat və təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/003359 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, adı qeyd olunan şöbədən daxil olmuş 34/012/003379 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən "İNTERŞİN” MMC (VÖEN:**********) ünvanına xx.xx.2022-ci il tarixdə idxal olunan “minik avtomobilləri üçün rezin şinlər” yükünə aid olan İNTE2206-J010 nömrəli invoyda HİLO markalı 225/45ZR17 ölçüdə olan 440 ədəd, 1 ədədinin qiyməti 22.50 (iyirmi iki dollar əlli sent) ABŞ dolları qeyd olunmuş və cəmi 9900 (doqquz min doqquz yüz) ABŞ dolları təşkil edir. Beləliklə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan "İNTERŞİN” MMC (VÖEN-.**********) tərəfindən xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə Çin Xalq Respublikasından 92AA381/92AA382 nömrəli nişanlı avtomaşının üzərində olan GESU ******* nömrəli konteynerdə idxal etdiyi “rezin şinlər” yükünü Sumqayıt Baş Gömrük idarəsində **********1033 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. "İNTERŞİN” MMC xx.xx.2022- ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçməklə 92AA381/92AA382 nömrəli nişanlı avtomaşının üzərində olan GESU ******* nömrəli konteynerdə ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verdiyi **********8989 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinin ikinci mal mövqeyində bəyan olunan 440 ədəd “minik avtomobilləri üçün rezin şinlər” yükünün invoys dəyərini 9900,00 ABŞ dolları kimi bəyan etməli olduğu halda, 99900,00 ABŞ dolları kimi bəyan etməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verdiyi müəyyən edilmişdir. Nəticədə "İNTERŞİN” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və "İNTERŞİN” MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "İNTERŞİN” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də "İNTERŞİN” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan **********1033 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "İNTERŞİN” MMC-nin ünvanına Çin Xalq Federasiyasından “yük avtomobilləri üçün rezin şinlər ” yükü daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "İNTERŞİN” MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar