Məhkəmə qərarları › İş №3(060)-2320/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2320/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2320/2025 07.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından "xxxx" MMC-nin direktoru X2 verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan "xxxx" MMC-nin direktoru X5 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, 11 aprel 2025-ci il tarixli 178-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunun (“Azərbaycan” qəzeti, 31 may 2025-ci il, № 112) ilə 116.1-ci maddəyə “Məcəllənin” sözündən sonra “192.2, 192.4,” rəqəmləri əlavə edilmişdir və dərc edildiyi gün qüvvəyə minmişdir. Həmin maddədə: Maddə 116. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi adlanaraq, orada nəzərdə tutulmuşdur ki: 116.1.eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 - 540.5, 541 - 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Lakin, qanunla Azərbaycan Respublikasının İXMnin 116.1-ci maddəsinə edilmiş dəyişiklikliyin xx.xx.2025-ci il tarixdən qüvvəyə minməsinə baxmayaraq, X7 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən ilk olaraq göstəriş verilmədən onun barəsində xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, maddi hüquq norması pozulmuşdur. Xidmət tərəfindən ona qeyd olunan məsələ ilə bağlı yerinə yetirilməli olduğu göstəriş göndərilməmişdir. Məhkəmədən DƏMX-nin Abşeron-Xızı Regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə "xxxx" MMC-nin direktoru X5 barəsində qəbul edilmiş 03 iyun 2025-ci il tarixli MN-1870950 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Nümayəndə izahatında göstərmişdir ki, X6 DƏMX-nin Abşeron-Xızı Regional şöbəsinə müraciət edərək bildirmişdir ki, o, 5 il ərzində əmək məzuniyyətindən istifadə etməmiş, işdən çıxdığı gün isə ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməmişdir. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2025-ci il tarixdə ona cəmi 434 manat olmaqla son-haqq hesab ödənilmişdir. "xxxx" MMC-nin direktoru barəsində xx.xx.2025-ci il tarixli qərar qəbul edilərkən məlum olmuşdur ki, onun barəsində xx.xx.2025-ci il tarixdə də İXM-nin 192.4-cü maddəsi ilə qərar qəbul edilmiş və qərardan şikayət veriməmiş, qərar qüvvəyə minmişdir. İXM-nin qeyd edilən 116-cı maddəsində il ərzində təkkrar törədilmə halları istisna edildiyi üçün X3 cərimə şərti olaraq tətbiq edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən şikayətin təmin olunmamasını, DƏMXnin Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X5 məhkəmə iclasına gəlməmiş, ərizə yazaraq, şikayət ərizəsində qeyd olunanları izahatı kimi qəbul edilməsi və işə onun iştirakı olmadan baxılaraq şikayətin təmin edilməsi ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X5 işçinin əmək və məzuniyyət haqlarının ezamiyyət xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamada yol verilən nöqsan istisna olmaqla qanun pozuntularına yol vermişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC-də dispetçer işləmişdir. xx.xx.2020-ci ildən xx.xx.2025ci ilədək əmək məzuniyyətindən istifadə etməmişdir. İşdən çıxdığı gün ona onun məzuniyyət günlərinə görə kompensasiya ödənilməmiş və bununla bağlı köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, işçi X1 əmək və məzuniyyət haqlarının, ezamiyyət xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamada yol verilən nöqsan istisna olmaqla qanun pozuntularına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. “Azərbaycan Beynəlxalq Bank”-nın əmək haqqı kart hesabından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə X4 434 manat ödəniş edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X2 şikayətinin dəlillərindən görünür ki, o, əməlində inzibati xətanın olmasını mübahisələndirməmiş, qeyd edilən inzibati xətaya görə şərti cərimə tətbiq edilməli olduğu halda, DƏMX-nin Abşeron Xızı-Regional şöbəsi tərəfindən ona xx.xx.2025-ci il tarixdə birbaşa İXM-nin 192.4-cü maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilməsinin əsassız olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 116.1-ci maddəsində eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, İXM-nin ...192.4... maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılması göstərilmişdir. Göründüyü kimi İXM-nin 116-cı maddəsi ilə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi zamanı şərti cərimənin tətbiq edilməsi istisna edilir. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən görünür ki, inzibati tənbeh almış şəxs X5 DƏMX-nin Abşeron Xızı-Regional şöbəsi tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə xx.xx.2025-ci il tarixdə 700 manat məbləğində cərimə edilmiş və qeyd edilən qərar qüvvəyə minmiş və yenidən eyni inzibati xətanın, yəni İXM-nin 192.4-cü maddəsinin tələblərini pozduğuna görə xx.xx.2025ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində X7 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş MN1870950 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, qeyd edilən qərarın ləğv edilməsi üçün hər hansı pozuntu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X2 şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, qərara aldı: "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı-Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X7 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar