Məhkəmə qərarları › İş №3(060)-2327/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2327/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2327/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Əliyev İlkin Şahmar oğlunun iştirakı ilə, Əliyev İlkin Şahmar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23364280 saylı qərarından Əliyev İlkin Şahmar oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əliyev İlkin Şahmar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23364280 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt məhəllə 30, 27-Jul, GPS: 40.59015xx.xx.6758219 xx.xx.2024-cü il tarixində, saat 14:22:43-da(də) TOYOTA LAND- CRUSER-PRADO minik markalı 10U0686 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini Əliyev İlkin Şahmar oğlu EQ 23364280 sayllı qərar tərtib etmişdir. İnzibati tənbeh verinə haqqında tərtib edilmiş EQ 23364280 saylı qərarda qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4 maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə halına (hallarına) yol verilmişdir. Nətijədə Azərbayjan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. O, bu qərara etirazını bildirmiş və qərarı imza etməkdən imtina etmişdir. Nəzərə çatdırır ki, qərarda göstərilən qanun pozuntularının heç birisi onun tərəfindən pozulmamışdır. Bu barədə 4 ədəd foto şəkillərin də vardır. (işə əlavə edir). Ona görə də o, bu qərarı həqiqətə uyğun olmayan ədalətsiz sənəd hesab edərək ona imza etməkdən imtina etmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edir. O, həmin qərardan narazıdır, onu qanunsuz, əsassız, ən başlıcası ədalətsiz hesab edir. Gəldiyi qənaəti aşağıdakılarla əsaslandırır. Belə ki, qərarda göstərilən qanun pozuntularının heç birisi onun tərəfindən pozulmamışdır. Bunu sübut edən 4 ədəd fotoşəkiləri də vardır. (işə əlavə edir). Ona görə də o, bu qərarı həqiqətə uyğun olmayan ədalətsiz sənəd hesab edərək ona imza etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə DİN BDYPİ Polis Polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23364280 saylı qərar ləğv edilməlidir. Bu iş üzrə DİN BDYPİ Polis Polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23364280 saylı qərarın ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş Əliyev İlkin Şahmar oğlu bildirdi ki, 3 sentyabrda “Tamstore”la üzbəüz avtomobili parklanmaya uyğun saxlamışdır. Guya o, 2-ci hissədə saxlamışdır. Onu dayanma-durmaya görə cərimə etmişlər, o, bununla bağlı şikayət etmişdir. O, parklanma qaydalarını pozmamışdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 23364280 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əliyev İlkin Şahmar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 11 maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir. Həmin Qanunun 43 maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq qadağandır. Həmin Qanunun 52 maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin Qanunun 52 maddəsinin Vİ hissəsinin 1 və 2-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə və yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində dayanma qadağandır. İş materiallarında olan fotoşəkildən görünür ki, “Toyota Land-Cruser-Prado” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış, bununla da Əliyev İlkin Şahmar oğlu dayanma dumra pozaraq qadağan olunan yerdə avtomobilini saxlamış və yol hərəkəti qaydaları pozulmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23364280 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əliyev İlkin Şahmar oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əliyev İlkin Şahmar oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23364280 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əliyev İlkin Şahmar oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Əliyev İlkin Şahmar oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23364280 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar