Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2328/2022 13.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Laçın rayonunun Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Fizuli rayonunun Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Matadrom yaşayış massivi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN №1453062 saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 19:45 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, 46 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ailə qurmuşlar və 02 övladları vardır. 2017-ci il tarixdə aralarında münaqişələr yaranmış, onunla ayrılmışlar, Esmira ondan aliment tələb etmiş, məhkəmə qətnaməsinə əsasən ondan 200 (iki yüz) manat alimentin tutulması qət edilmiş və o aliment məbləğindən artıq pul ödədiyini bildirmişdir. Dəfələrlə uşaqlarını görmək üçün getdikdə Esmiranın valideynləri ona imkan yaratmırlar, əsas da anası çıxıb həmişə onu söyərək təhqir etmişdir. Lakin o söyüş söymədiyini, amma münaqişə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ailə qurmuşlar və 02 övladları vardır. 2016-cı il tarixdə Zaurla ayrıldıqdan sonra o mütəmadi olaraq onu, atası və anasını narahat etməyə başladığını, onların yaşadığı ünvana gələrək qonşuların yanında ona təhqir edici ifadələrlə söydüyünü, onu təhqir etdiyini bildirmişdir. Hətta o işə gedəndə onun arxasınca gələrək ona problemlər yaradır. Ona görə də onun barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görnür ki, Şəxs barəsində cinayət işnin başlanılması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmişdir. İş materiallarında olan “məişət zorakılığı haqqında iş üzrə” qərarın surətindən görünür ki, Şəxs məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş və Zərərçəkmiş şəxs 30 gün olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qısa müddətli mühafizə orderi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 19:45 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 46 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq onu söyüb təhqir etmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir və əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2328/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2328/2022
13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver