Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2328/2025 16.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi Eldar Abdullayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1969-cu ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, müharibə veteranı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 16 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixində, saat 18:00 radələrində Sumqayıt şəhər Məhkəməsində Zərərçəkmiş şəxs və onun yaxınlarını təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə Eldar Abdullayev tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin kompleksinin 2-ci mərtəbəsində Zərərçəkmiş şəxsla və onların yaxınları ilə mübahisə edərək ünvanlarına nalayiq ifadələr işlədərək ucadan səs-küy salaraq ictimai asayişi pozduğu üçün barəsində protokol tərtib olunmuşdur. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri Əşya bazarı yaxınlığında o, Ramiz adlı şəxs tərəfindən döyülməyi ilə bağlı 4-cü polis bölməsində təhqiqatçı Nihad Rəhimov tərəfindən araşdırma aparılmış və Ramizin İX-nin 157-ci il maddəsinə əsasən barəsində tədbir görülməsi haqqında qərar verilmişdir. Həmin qərar əsasında xx.xx.2025-ci il tarixdə Sumqayıt Məhkəmə Kompleksinin 2-ci mərtəbəsində hakim Samir İsmayılovun sədrliyi ilə işə baxılmış, lakin məhkəmə iclası təxirə salınmışdır. Məhkəmə iclas zalından çıxdıqdan sonra dəhlizdə Ramiz, Nazim, Ramizin adını bilmədiyi 2 oğlu və digər 2 nəfər şəxs olmaqla ümumilikdə 6 nəfər şəxs onunla münaqişə edərək onun şərəf və ləyaqətini alçaldıb onu nalayiq ifadələrlə təhqir etmişlər. Hesab edir ki, onun barəsində tərtib olunmuş inzibati protokol əsassızdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin müharibə iştirakçısı olmasını, əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamış, inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs şikayət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ictimai yerdə onun ünvanına nalayiq ifadələr onu təhqir etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə əksinə qarşı tərəfin onlarla mübahisə yaradaraq onlara söyməsini bildirmişdir. Hər iki şəxs həmin hadisələrin Sumqayıt Məhkəmə Kompleksində baş verməsini bildirmişdir. Lakin, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsində aparılan araşdırma zamanı iddia edilən mübahisənin baş verdiyi yerdə olan video görüntülər, yəni Sumqayıt Məhkəmə Kompleksində qeydə alınmış video görüntülər götürülərək baxış keçirilmədən və sübut kimi qiymətləndirilmədən natamam sübutlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə yekun nəticəyə gəlinməsi üçün yetərli sübutlar toplanmamış və materiallara əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə görə dövlət hesabına təyin edilmiş vəkilin işlə tanış olduğu və məhkəmədə iştiak etdiyi ümumilikdə 3 saat müddətə müvafiq məbləğ hesablanaraq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçrülüməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2328/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2328/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver