Məhkəmə qərarları › İş №3(060)-2329/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2329/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2329/2022 13.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xızı rayonu, Giləzi qəsəbə ərazi dairəsi, Giləzi qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li, 10 sentyabr 2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:30-da Sumqayıt şəhəri, Bakı-Quba yolunun 41 km-də İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində İran İslam Respublikasında yaşayan xx.xx.1986-cı il təvəllüdlü X2 adlı şəxsin “Volvo VH12” yük markalı avtomaşına maddi zərər dəymişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X4 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:30-da Sumqayıt şəhəri, Bakı-Quba yolunun 41 km-də İXMnin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində İran İslam Respublikasında yaşayan xx.xx.1986-cı il təvəllüdlü X2 adlı şəxsin “Volvo VH12” yük markalı avtomaşınına maddi zərər dəymişdir. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Bakı-Quba yolunun 41-ci km-də hərəkətdə olarkən qarşısındakı maneəyə görə sola manevr etmiş, bu zaman arxa sol hərəkətdə olan “Volva” yük markalı maşınla toqquşmuş, hadisə zamanı xəsarət alan olmamışdır. Avtomobili idarə edərkən sürücülük hüququ olmamışdır. Əməlindən peşmandır. Himayəsində azyaşlı uşağı vardır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan nəqliyyat vasitəsinin AE seriyalı, 034653 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı, ** RB *** qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. İş materiallarında olan zərərçəkmiş şəxs X1 izahatından gönür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, Bakı-Quba yolunun 41-ci km-də Bakı şəhəri istiqamətində hərəkətdə olarkən ondan sağda hərəkətdə olan “Vaz-21074” markalı avtomaşın sola manevr edərək onun maşınının qabaq sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib tənbeh edilməli, İXM-nin 327.1-cü maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı materiallar isə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Görünüdüyü kimi, inzibati xəta haqqında protokolda qeyd olunmuş İXM-nin 327.1-ci maddəsinə dair inzibati xəta üzrə işlərə Rayon (şəhər) məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmamışdır. Məhkəmədə müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində X5 məxsus “VAZ 21074” minik markalı, ** RB *** qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmiş, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 41 kmdə, Bakı istiqamətində hərəkətdə olan zaman X2 adlı şəxsə məxsus “Volvo VH12” yük markalı maşına maddi zərər vurmuşdur. Bu işdə olan sübutlarla təsdiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində uşağı olması, peşman olmasıdır, məsuliyyətini ağırlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını və qanunvericiliyin tələbini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X8 geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar