Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2329/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X10 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X11, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1969-cu ildə Qubadlı rayonu, Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, müharibə veteranı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra iadrəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X17 tərəfindən 28 sentyabr 2023cü il tarixdə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9840/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı X8 tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Aliment üzrə 8634 manat borcu yaranmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X17 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9840/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq X1 136,60 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qərara alınmışdır. X18 qeyd olunan aliment borcunu vaxtında və tam formada ödəmədiyinə görə onun 8634 manat aliment borcu yığılmışdır. Tələbkar rəsmi qaydada ərizə ilə müraciət edərək icra tədbirləri həyata keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar icra sənədi üzrə alimentin tutulması borclunun təqaüdünə yönəldilmiş və onun təqaüdündən 70 faiz tutulmalar aparılmışdır. Lakin borclu çağırışlara gəlmədiyinə görə onun barəsində axtarış elan edilmişdir. X16 saxlanılaraq İcra idarəsinə təqdim olunmuş və ondan aliment borcunun ödənilməsi tələb olunmuşdur. Borclu maddi imkanı olmadığına və vərəm xəstəliyindən əziyyət çəkdiyinə görə heç bir yerdə işləyə bilmədiyini, bu səbəbdən də yığılmış aliment borcunu birdəfəlik ödəmək iqtidarında olmadığını bildirmişdir. Buna baxmayaraq borclu təqüd kartını tələbkara verməyə və kartda qalan məbləğidə çıxararaq alimentdən çıxılmasına razı olduğunu bildirmişdir. Bundan başqa o, ödəniş etmək imkanı olmadığını qeyd etmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu hal-hazırda 8634 manat qalıq borcunu üzrsüz səbəbdən icra etməmişdir. Odur ki, məhkəmədən Nazim Adığözəlov baəsində qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. İcra sənədi üzrə tələbkar X9 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9840/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu X8 aliment borcunu vaxtında ödəmədiyinə görə onun 8634 manat aliment borcu yaranmışdır. Borclu müharibə veteranı kimi təqaüd alır və aliment məbləğidə yalnız həmin təqaüddən tutulur. Borclunun təqüdü az olduğuna görə tutulan aliment də uşağın saxlanılmasına kifayət etmir. O, aliment borcun tələb etməzdi, lakin borclu uşağıyla maraqlanmır. O, heç olmasa uşağının illik təhsil haqqını ödəməsini tələb edir. Qeyd olunanlara əsasən Nazim Adığözəlov baəsində qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, müharibə veteranı olmaqla yanaşı, həmdə vərəm xəstəliyindən əziyyət çəkdiyini və ağ ciyərinin olmadığını bildirdi. Belə ki, o, aliment ödəməkdən boyun qaçırmadığını, hətta təqaüd kartını tələbkara verməyə hazır olduğunu bildirdi. Qeyd olunanları nəzərə alaraq o, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi X8 qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, X8 tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, X8 İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X3 müharibə veteranı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, X3 şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, tələbkarın ərizəsini və icra sənədini üzürlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, X7 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən X7 Şimal Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2329/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2329/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver