Məhkəmə qərarları › İş №3(060)-2330/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2330/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2330/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ X7 Şöbəsinin YNH inspektoru, polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs XXX və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1997-ci ildə, Gürcüstanda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs XXX Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs XXX barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 343.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətində, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Opel Astra” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Yaşıl dərə bağları istiqamətində hərəkətdə olarkən manevr qaydalarını pozaraq X2 idarə etdiyi “Nissan Sunny” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə Rəvan Qurbanovun idarə etdiyi nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin YNH inspektoru, polis kapitanı X3 tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs Gürcüstan Respublikasında qüvvədə olan sürücülük vəsiqəsi olmuş, həmin vəsiqəni ölkəmizdə qeydiyyatdan keçirmədiyindən sürücülük hüququ olmayan şəxs hesab edilmiş, hadisə zamanı zərərçəkmiş şəxs Rəvan Qurbanovun idarə etdiyi nəqliyyat vasitəsinə 300-500 manat arası maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Opel Astra” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Yaşıl dərə bağları istiqamətində hərəkətdə olarkən manevr qaydalarını pozaraq Rəvan Qurbanovun idarə etdiyi “Nissan Sunny” minik markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən öncə dostları ilə spirtli içki yəni araq içmişdir. Onun Gürcüstan Respublikasında qüvvədə olan sürücülük vəsiqəsi olsa da, onu Azərbaycan Respublikasında da tanıtmalı olduğunu bilməmişdir. Hadisə nəticəsində Rəvan Qurbanovun idarə etdiyi nəqliyyat vasitəsinə 300- 500 manat arası maddi ziyan dəymişdir. Əməlindən peşmandır, təqsirini etiraf edir, bir daha spirtli içki qəbul edib avtomobil idarə etməyəcəyinə söz verir. Məhkəmədən yüngül tənbeh edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında təqdiqi edilmiş, xx.xx.2024-cü il tarixli “yol nəqliyyat hadisəsinin sxemindən” görünü ki, hadisə Sumqayıt şəhəri, Yaşıl dərə massivi ərazisində baş vermiş, hadisəni “Opel Astra” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil törətmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 2301 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:20-də müayinə olunmuş, müayinə zamanı sürücüdə aşkar edilmiş alkoqol sərxoşluğunun miqdarı 0.748 %-dir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, sonuncu öz əməlini etiraf etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci bəndinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusuiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Lakin Şəxs Qanunun qeyd olunan tələblərini pozmuş və nəticədə Rəvan Qurbanovun idarə etdiyi nəqliyyatvasitəsinə maddi ziyan dyəmişdir. sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktı, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. Odur ki, Şəxs XXX İXM-nin 343.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İXM-nin 343.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.1-ci maddəsi Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edir. İXM-nin 333.1-ci maddəsinin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 0.748% promildir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-nin 343.3-cü maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasının məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadır. İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ X7 Şöbəsinin YHN inspektoru, polis kapitanı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs XXX barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs XXX Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.3-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar