Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2333/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X2 barəsində olan inzibati xəta haqqında qərardan X2 nümayəndəsi X3 verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022-ci ildə X2 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından X2 nümayəndəsi X3 verdiyi şikayət daxil olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə 5000 manat cərimə edilmişdir. Qərardan şikayət müddət ötürülməklə verilmişdir. Həmçinin şikayətə nümayəndəyə verilən etibarnamə əlavə edilsə də vəkilin orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Məhkəmə hesab edir ki, X2 nümayəndəsi X6 tərəfindən şikayət qanunvericilikdə nəzərdə tutulmuş vaxtda verilməmiş, müddətin bərpası barədə də vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Həmçinin şikayətə nümayəndəyə verilən etibarnamə əlavə edilsə də vəkilin orderi əlavə edilməmişdir. Bunlar inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X2 nümayəndəsi X3 verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq, şikayətlə birlikdə ötürülmüş müddətin bərpası barədə vəsatət verməklə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərardan X2 nümayəndəsi X3 verdiyi şikayəti icraata qəbul edilməsin və şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X4 nöqsanları aradan qaldıraraq, şikayətlə birlikdə ötürülmüş müddətin bərpası barədə vəsatət verməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2333/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2333/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver