Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2333/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən 24 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 13:-07-də Şəxs Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində küçədə qonşusu Zərərçəkmiş şəxs daşla vuraraq təhqir etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 24 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:-07-də Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində küçədə qonşusu Zərərçəkmiş şəxs təhqir etmişdir. Qeyd edilənlərə əsasən sahə rəisi protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həyətinə gələrək onu təhqir etmişdirlər. Polislər ondan kamera görüntünü istədikləri zaman kameranın işləmədiyini bildirmişdir. Həqiqətən də onlar kameraya baxdıqları zaman işlək vəziyyətdə olmadığını təsbit etmişdirlər. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, video görüntü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmədiyi üçün aralarında mübahisə olmuşdur. Şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, bir neçə gün əvvəl itləri həyətində güllələnmişdir. Şəxs məxsus kamera onun həyətini də göstərdiyi üçün bununla bağlı ona müraciət etmişdir. Daha sonra kamera görüntülərinin əldə edilməsi üçün hüquq mühafizə orqanları ilə əlaqə saxlamışdır. Şəxs onu küçədə təhqir etməyə başlamış, onu söymüşdür. Bir neçə vaxtdır ki, qonşusu olan Şəxs onlarla düşmən kimi rəftar edir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, hadisədən bir gün əvvəl həyətdə silah səsi eşitmiş və itlərin güllələndiyini görmüşdür. Bununla əlaqədar olaraq hüquq mühafizə orqanlarına müraciət etmişdirlər. Şəxs məxsus kamera həyəti göstərdiyi üçün bununla bağlı polislərlə birlikdə onun həyətinə getmişdirlər. Qapını açan kimi küçədə onları təhqir etməyə başlamış, onlara söyüş söymüşdür. Lakin onlar həmin şəxsə qarşı söyüşdən istifadə etməmişdirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafəçisinin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 510-cu maddələrinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərarın surətinin qeyd olunan hadisəni törtəmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt Pİ-nin 5-ci PB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarda araşdırma zamanı Şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etdiyinin müəyyən edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan video görüntülərdə Şəxs aqressiv halda yerdən əlinə daş alması və daha sonra yerə atması müşahidə olunmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş iddiaçının digər qızı X5 da izahatında Əfqanın anasını daşla vuraraq təhqir etdiyini bildirmişdir. Məhkəmə bununla yanaşı qeyd edir ki, iş materiallarında olan X6 və X3 ifadələrində Şəxs Zərərçəkmiş şəxs təhqir etmədiklərini bildirmişlər. Lakin iş materiallarına əlavə edilmiş foto şəkillərdən və videodiskdən Şəxs əlinə daş götürdüyü anda onun arxasında polis əməkdaşının olduğu görünür. Bu hal da qeyd olunan ifadələri təkzib edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Beləliklə zərərçəkmiş şəxsin izahatı və şahid ifadələri və eyni zamanda iş materiallarına əlavə edilmiş digər sübutlarla müəyyən olunur ki, Şəxs zəzərçəkmiş şəxsi küçədə olarkən təhqir etmişdir. Bununla da o, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaq kimi hərəkətlərə yol verməklə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 100 (yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №3(060)-2333/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2333/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver