Məhkəmə qərarları › İş №3(060)-2335/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2335/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2335/2022 26.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Gədəbəy rayonunda doğulmuş, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində İ Tağım Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 353.5-ci maddəsi ilə 15 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, AE 338807 saylı sürücülük vəsiqəsi ilə **-XF- *** dövlət qeydiyyat nişanlı “HOWO yük” markalı avtomobili idarə edən xx.xx.2000-ci ildə Gədəbəy rayonunda doğulmuş, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olan və yaşayan sürücü Şəxs tərəfindən İXM-nin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın ilə ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törətməsinə yol vermişdir. Nəticədə Şəxs İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan material 14 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 26 sentaybr 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Baş X10 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, etibarnamə əsasında idarə etdiyi “HOWO Shacman yük” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonundan dəmir yollarının çəkilməsi ilə əlaqədar şirkət üçün şeben daşlar daşıyarkən xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Şirvan postunda YPX əməkdaşı tərəfindən saxlanılmış və avtomaşın yüklə birlikdə çəkildikdə avtomaşının 36 ton 450 kq çəkidə olduğu müəyyən edilmişdir. Halbu ki, o, Şəmkir rayonunda avtomaşına yük doldurularkən yükün çəkisi 34 ton olduğunu görmüşdür. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 353.5-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan xx.xx.2022-ciil tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Vİ Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X1 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2022-cu il tarixli İXM ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materialında olan TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Vİ Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X1 tərəfindən tərtib olunmuş xx.xx.2022-cu il tarixli İXM-nin ******* saylı inzibati xəta haqqında protokol əsasında Şəxs İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600,00 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. İş materialında olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Tağım Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2022-cu il tarixli İXM ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materialında olan Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidməti 1№ tərəzi nəzarət məntəqəsinin xx.xx.2022-ci il tarixli 5649 “ №-li qaimədən görünür ki, “Shacman yük” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi çəkisi 36 ton 450 kq olması məsul şəxs tərəfindən təsdiqlənərək qeyd olunmuşdur. İş materialında olan “HOWO yük” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Gədəbəy rayonu, Arıqdam ərazi dairəsi, Arıqdam kəndində qeydiyyatda olan X5 məxsus “HOWO yük” markalı, **-XF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 12 ton 440 kq., maksimal kütləsi isə 25 ton qeyd olunmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AE 338807 saylı sürücülük vəsiqəsi xx.xx.2019-cu ildən xx.xx.2029-cu ilədək etibarlıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin İ bəndinin görə daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 353.5-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən xx.xx.2022-cu il tarixli İXM-nin ******* saylı inzibati xəta haqqında protokol əsasında Şəxs İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600,00 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. xx.xx.2022-ci il tarixdə Şəxs barəsində bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış Şəxs tərəfindən təkrar törədilməsinə görə İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2022-cu il tarixli İXM ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə “HOWO yük” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə iadrə edən Şəxs “HOWO yük” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 12 ton 440 kq, maksimal kütləsi isə 25 ton qeyd olunduğu halda o, həmin avtomobilə 36 ton, 450 kq yük vuraraq avtomobili idarə etmiş və nəticədə İXM-nin 353.5-ci maddəsinin tələblərini pozduğundan Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla və inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmaqla o, 1.200,00 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar