Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2335/2023 12.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis sıravisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə, Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İsmayıllı ray., İsmayıllı şəh., Həsən bəy ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:20 radələrində Sumqayıt şəhəri Sahil küçəsi ərazisində işıq cihazlarından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis sıravisi X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23:20 radələrində Sumqayıt şəhəri Sahil küçəsi ərazisində xidmətdə olarkən Honda Civic minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün işıq cihazlarından düzgün istifadə etmədiyini görmüş və həmin avtomobilə saxla əmri vermişdir. Sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra sonuncunun sərxoş vəziyətdə nəqliyyat vasitəsini idarə etməsi barədə əsaslı şübhəsi olduğu üçün ona alkotesterdən keçməyi təklif etmiş, sürücü isə buna heç bir etiraz etməmişdir. Alkotesterin nəticəsi 4.084 % promil olduğundan barəsində protokol tərtib edilmişdir. Alkotester dövlət standartlarına uyğun olmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23:20 radələrində Honda Civic minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində işiq cihazlarından istifadə qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə etdiyi üçün yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, müayinə zamanı ona alkoqol sərxoşluğu vəziyyətində olması bildirilmişdir. Bildirir ki, həmin gün saxlanılmamışdan öncə günorta vaxtı spirtli içki qəbul etmişdir. Saxlanıldıqdan sonra onun spritli içki qəbul eytdiyi müəyyən edilmiş, xüsusi texniki vasitənin köməkliyi ilə müayinədən keçirilmiş, həqiqətən alkoqol sərxoşluğu vəziyyətində olduğu öz təsdiqini tapmışdır. O, tibbi müayinədən keçməkdən imtina etmiş, alkotesterin nəticəsi ilə razı olduğunu bildirmişdir. Törətmiş olduğu qayda pozuntusunu səmimi etiraf edir, əməlindən peşmandır, inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə sonuncu dəfə kalibrlənmiş “Alcoviser-Jup” modelli xüsusi texniki vasitə olan alkotesterlə müayinənin nəticəsini özündə əks etdirən çıxarışdan görünür ki, sürücü xx.xx.2023-cü il tarixdə saat 23:18-də müayinə edilmiş, sürücüdə aşkar edilmiş alkoqolun miqdarı 4.084 % promil olmuşdur. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 93004416 nömrəli protokoldan görünür ki, “Honda Civic” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etdiyini təsdiq etmişdir. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli Şəxs izahatından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində işiq cihazlarından istifadə qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanıldığını, alkotesterdən istifadə edilməklə aparılan müayinə zamanı alkoqol sərxoşluğu vəziyyətində olduğunu, həmin gün spirtli içki qəbul etdiyini, törətdiyi xətaya görə məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, alkotesterin nəticəsini özündə əks etdirən protokolla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. Odur ki, Şəxs nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 4.084 % olduğundan o, AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 2.7-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Lakin iş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 93004416 nömrəli protokoldan görünür ki, sürücü Şəxs spirtli içki qəbul etdiyini özünün müvafiq qeydi ilə protokolda təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasının məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2335/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2335/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver