Məhkəmə qərarları › İş №3(060)-2336/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2336/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2336/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakıilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş “Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək” Xeyriyyə Fondu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: “Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək” Xeyriyyə Fondu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 2020-ci üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmiş və bununla da, mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və ona əlavə olunmuş sənədlər İXM-nin 100, 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokolda göstərilməli olan halları müəyyən edən İXM-nin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer göstərilməlidir. Lakin, hazırkı protokol tərtib edilərkən hansı tarixdə tərtib edilməsi qeyd olunmamışdır. Bütün bunlar isə İXM-nin 100-cü maddəsinin göstərişlərinə ziddir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından “Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək” Xeyriyyə Fondu barəsində İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək” Xeyriyyə Fondu barəsində tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar