Məhkəmə qərarları › İş №3(060)-2339/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2339/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2339/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxslər X1, X8, X2, Müdafiəçi- Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili - Vəkil, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Kənan Osmanovun iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 iyul 2021-ci il tarixli, MN 1118659-1607 nömrəli, 08 iyul 2021-ci il tarixli, MN 1118659-1606 nömrəli və 08 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2339/2021№li iş, 3(060)-2340/2021 №li iş və 3(060)- 2341/2021 №li iş, bir icraatda 3(060)-2339/2021 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Kənan Osmanov izahatında Şəxs 27.06.2021- ci il tarixdə X3 məxsus 350 AZN dəyərində velosipedi, 24.06.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X10 məxsus 250 AZN dəyərində 28-lik “Formula” modelli velosipedi və 01.07.2021-ci il tarixdə, təxminən 13:40 radələrində ünvan 2 ünvanında yaşayan X4 məxsus “SAFT” markalı, 26lıq, sarı rəngli 500 AZN dəyərində velosipedi gizli yolla talayaraq oğurladığını bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında ona məxsus olan 350 AZN dəyərində velosipedin oğurlandığını bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 izahatında ona məxsus oaln 250 AZN dəyərində 28-lik “Formula” modelli velosipedinin oğurlandığını bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında ona məxsus olan “SAFT” markalı, 26-lıq, sarı rəngli 500 AZN dəyərində velosipedin oğurlandığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında həqiqətəndə qeyd edilən oğurluq əməllərini törətdiyini bildirdi. Məhkəmə inzibati xətaya dair iş materiallarını öyrənərək müəyyən etdi ki, Şəxs 27.06.2021- ci il tarixdə X3 məxsus 350 AZN dəyərində velosipedi, 24.06.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X10 məxsus 250 AZN dəyərində 28-lik “Formula” modelli velosipedi və 01.07.2021-ci il tarixdə, təxminən 13:40 radələrində ünvan 2 ünvanında yaşayan X4 məxsus “SAFT” markalı, 26-lıq, sarı rəngli 500 AZN dəyərində velosipedi gizli yolla talayaraq oğurlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda yaranır. Bu məcəllənin 177.2.1, 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Odur ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar olunduğundan materiallar cinayət işinin başlanılması məsələsinin həll edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. X9 Məcələsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan 08 iyul 2021-ci il tarixli, MN 1118659-1607 nömrəli, 08 iyul 2021-ci il tarixli, MN 1118659-1606 nömrəli və 08 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə inzibati xətaya dair materiallar cinayət işinin başlanılması məsələsinin həll edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar