Məhkəmə qərarları › İş №3(060)-2340/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2340/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2340/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X6, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxslər X1, X7 və X2, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Kənan Osmanovun iştirakları ilə, X9. xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X9 barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-dən 08.07.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, o, 27.06.2021-ci il tarixdə saat 12:00-dan 13:00-dək olan müddət ərzində Sumqayıt şəhəri, Beton-zavod ərazisi fərdi evdə yaşayan X1 azyaşlı oğlu X8 məxsus 350 manat dəyərində olan “Start” markalı velosipedi oğurlamışdır. Bundan başqa, X9 barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-dən 08.07.2021-ci il tarixdə MN seriyalı 1118658-1606 saylı protokol ona görə tərtib olunmuşdur ki, 24.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Beton-zavod ərazisi, ev 52-də yaşayan X7 nəvəsi X4 məxsus 250 manat dəyərində olan “Formula” markalı velosipedi yaşadığı evin giriş qapısının qarşısından oğurlamışdır. Bundan başqa, X9 barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-dən 08.07.2021-ci il tarixdə MN seriyalı 1118659-1607 saylı protokol ona görə tərtib olunmuşdur ki, 01.07.2021-ci il tarixdə, təxminən saat 13:40 radələrində Sumqayıt şəhəri, Beton-zavod ərazisi, ev 289-da yaşayan X3 məxsus 500 manat dəyərində olan “Saft” markalı velosipedi yaşadığı evin yaxınlığından oğurlamışdır. X6 barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 08.07.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 08.07.2021-ci il tarixdə MN seriyalı 1118658-1606 №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 08.07.2021-ci il tarixdə MN seriyalı 1118659-1607 №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2339/2021, 3(060)-2340/2021 və 3(060)- 2341/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-2339/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ilə 08.07.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 08.07.2021-ci il tarixdə MN seriyalı 1118658-1606 №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 08.07.2021-ci il tarixdə MN seriyalı 1118659- 1607 №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2339/2021, 3(060)-2340/2021 və 3(060)-2341/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-2339/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar