Məhkəmə qərarları › İş №3(060)-2343/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2343/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2343/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs və onun müdafiəşisi X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Sumqayıt şəhəri, H.Əliyev prospekti, yataqxana 1də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala və 09.07.2021-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 17.05.2021-ci il tarixdə Qubadlı RPŞ əməkdaşlarına nalayiq ifadələr işlətmiş və tabesizilik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X9 bildirdi ki, Şəxs 17.05.2021-ci il tarixdə Qubadlı RPŞ əməkdaşlarına nalayiq ifadələr işlətmiş və tabesizilik göstərmişdir. Buna görə də, Şəxsnun əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bilirdi ki, 17.05.2021-ci il tarixdə 03:30 radələrində evdə yatarkən çöldə uca səslə danışan iki qadın və iki kişi səsi eşidərək səsə yuxudan oyanmışdır. Onlar onun pəncərəsinin altında olmuşlar. O, həmin şəxslərə demişdir ki, “bu saatda o musiqinin vaxtıdır? Qoşmusunuz”. Onlar ona demişlər ki, pəncərəni bağla, az danış. Onu orada işləyən qadın demiş və onun pəncərəsinə yaxınlaşmış və onunla uca səslə danışmağa başlamışdır. İçkinin iyini o uzaqdan hiss etmişdir . O, onlara demişdir ki, sizin işlərinizdən Bəhruz müəllimin xəbəri yoxdur. O onlara şikayət edəcəyini bildirmişdir. Onlar ona bildirmişlər ki, şikayət etməsin. Heç bir qayda pozuntusuna yol verməmişdir. Bütün bunların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 müdafiəçisi olduğu şəxs barəsində olan işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, İşğaldan azad olunmuş Qubadlı rayonunda əməkdaşların ezam olunması ilə əlaqədar 17.05.2021-ci il tarixdə şöbədə növbətçi olmuşdur. Köməkçi isə polis serjantı Sərraf Səmədov olmuşdur. Gecə saat təxminən 02:30 radələrində şöbənin maliyyə hissəsinin rəisi polis baş leytenantı E.Atakişiyeva və sahə polis nəfəri, polis serjantı C.Əsədov növbətçi hissəyə daxil olmuşlar. E.Atakişiyeva bildirmişdir ki, şöbə rəisinin göstərişinə əsasən polis əməkdaşlarının əməkhaqlarının vaxtında ödənilməsi üçün lazımi hüquqi sənədləri təsdiq etmək məqsədilə Qubadlı şəhərində xidmətdə olan şöbə rəisinə çatmalıdır. Buna görə onlar maliyyə hissəsinə daxil olub sənədləri götürərək E.Atakişiyevanın idarə etdiyi maşına doğru getmişlər. Bu vaxt şöbənin inzibati binasına bitişik olan evdə yaşayan Lamiyə kimi tanıdığı qadın və onun oğlu pəncərədən E.Atakişiyevanı və C.Əsədovu heç bir səbəb olmadan nalayiq küçə söyüşləri ilə söyməyə başlamışlar. E.Atakişiyeva bu şəxslərdən nəyə görə onları söydüklərini soruşduqda onlar suala cavab vermir, əksinə olaraq ana və oğlu aqressiv şəkildə onları söyür, o bu şəxslərin hərəkətlərinə son qoymasının dedikdə isə onu da onlarla birlikdə təhqir edir, onları spirtli içki qəbul etməklə şərləyir, DİO-dan qovduracağını bildirir, daha sonra isə ümumiyyətlə bu ərazinin ona məxsus olduğunu deyərək bütün polis əməkdaşlarını qovduracağı ilə hədələmişdir. O dəfələrlə onlara bu qanunsuz hərəkətlərinə son qoymağı, polis əməkdaşlarına nalayiq söyüşlər söymələrini irad tutmağına baxmayaraq onlar öz hərəkətlərini davamlı olaraq davam etdirmişlər. Yaranmış səs-küyə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşalrı gəlmiş və onlar da bu şəxslərə hərəkətlərinə son qoymağı tələb etmişlər. Lakin Lamiyə və oğlu onların da qanuni tələblərini yerinə yetirmir, qışqıraraq onların hər üçünü söyüb və təhqir etmişdir. DİO-dan qovduracağı ilə hədələmiş və onları guya spirtli içki içərək sərxoş olmaqla şərləmişdir. E.Atakişiyeva stress keçirərək əsəbi vəziyyətdə xidməti otağına gətirilmişdir. O əsəbləri gərginləşdiyi üçün və nə baş verdiyini anlamayaraq əlləri əsmişdir. O buna görə də lazımi maliyyə sənədlərini Qubadlı şəhərinə apara bilməmiş və gediş təxirə salınmışdır. Şəxsnİn ciddi şəkildə cəzalanmasını tələb edir. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirdi ki, əmək haqqının şəxsi heyətə vaxtında ödənilməsinin təmin edilməsi üçün lazımi maliyyə sənədləri tərəfindən hazırlanmışdır və şöbə rəhbərinin Qubadlı şəhərində olması ilə əlaqədar bu sənədlərin təsdiqinə zərurət yaranmışdır. Bu məqsədlə 17.05.2021-ci il tarixdə sahə polis nəfəri C.Əsədovla birlikdə saat təxminən 02:30 radələrində polis şöbəsinə gəlmişlər. Məsul növbətçi C.Paşazadəyə gəlişlərinin məqsədini bildirmiş və şöbə rəhbərliyinin göstərişinə əsasən maliyyə sənədlərinin səhər saat 08:00-a kimi çatdırılmasını bildirmişlər. Sənədləri götürüb idarə etdiyi maşına əyləşərkən şöbənin inzibati binasına bitişik evdə yaşayan Lamiyə kimi tanınan qadın pəncərəni açmış, onlara uca səslə danışmamağı bildirmiş, sonra o və oğlu Sunal adlı şəxs onu və C.Əsədovu nalayiq küçə söyüşləri ilə söyməyə başlamışlar. Onlar bu şəxslərin onları nəyə görə təhqir etmələrini anlamamışlar. O Lamiyəyə təhqiramiz ifadələrə son qoymağı və nəyə görə, hansı səbəbə onları söydüklərini soruşduqca o daha da aqressivləşir və dayanmadan onları əxlaqsız söyüşlərlə söymüşlər. Yaranmış səs-küyə məsul növbətçi C.Paşazadə də bu şəxslərə hərəkətlərinə son qoymağı tələb etsə də heç bir nəticə olmamışdır. Əksinə olaraq bu dəfə Lamiyə və oğlu onların spirtli içki qəbul etdiklərini, onları DİO-dan xaric etdirəcəyi ilə hədələməyə başlamışdır. Daha sonra polis şöbəsinin ərazisinin də ona məxsus olduğunu və polis əməkdaşlarının hamılıqla bu ərazidən qovduracağını bildirərək yenə də öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İş o dərəcəyə çatmışdır ki, Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşları xidməti otaqlarından çıxaraq şöbənin inzibati ərazisinə gəlmişlər. Bu dəfə Lamiyə və oğlu onların da qanuni tələblərini yerinə yetirmir, onları söyür, hədələyir və qışqıraraq müxtəlif məzmunlu şər və böhtanlar atırdılar. Bu şəxslərin qanunsuz hərəkətləri təxminən 30 dəqiqədən artıq müddət davam etmişdir. Onlar həmin şəxslərə heç bir raksiya vermədən növbətçi hissəyə keçmişlər. O Lamiyə və oğlunun ona qarşı etdikləri bu qanunsuz hərəkətlərə görə stres keçirdib xidməti zərurətlə əlaqədar ona tapşırılmış maliyyə sənədlərini şöbə rəhbərliyinə çatdıra bilməmiş və Qubadlı şəhərinə gedə bilməmişdir. Şəxs ciddi şəkildə cəzalanmasını tələb edir. Məhkəmə iclasında şahid X3 digər şahidlərlə eyni məzmunlu ifadə verərək Şəxs qanuna müvafiq cəzalandırılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun 17.05.2021-ci il tarixdə Qubadlı RPŞ əməkdaşlarına nalayiq ifadələr işlətmiş və tabesizilik göstərməsi xırda xuliqanlıq hesab edilmir və hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər şəxsi münasibətlərlə bağlı mübahisə zamanı baş vermiş, məhz şəxsi münasibətlərlə bağlı mübahisə zəminində nalayiq ifadələr işlədilmiş, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. O səs-küyə yuxudan durmuş, sakitliyə əməl edilməsini xahiş etmişdir. Mübahisə bundan sonra başlamışdır. Mübahisə edən tərəflərdən birinin polis əməkdaşı olması əsası ilə Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətləri tərədilməsi qənaətinə gəlinməsi əsaslı və qanuni sayıla bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Eyni zamanda, protokolda Şəxs Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarına tabesizlik göstərməsi qeyd edilmişdir. Amma həmin ərazidə ictimai asayiş Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları tərəfindən qorunur. Bura Qubadlı Rayon Polis Şöbəsinin xidmət apardığı ərazi deyildir və onlar ictimai qaydanın mühafizə vəzifələrini icra etməmişlər. Bununla yanaşı, polis əməkdaşları mübahisə tərəfi olmuşlar, mübahisə isə onların təşəbbüsü ilə başlanmışdır. Şəxs onları sakitliyə əməl etməyə çağırmışdır, sonra isə mübahisə başlamışdır. Göründüyü kimi, Protokolda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar